Bakıda beynəlxalq elmi praktik konfrans keçirilir

Bakıda beynəlxalq elmi praktik konfrans keçirilir, Javid

“Tibbin görən gözü" mövzusunda beynəlxalq elmi praktik konfrans başlayıb.

Bu gün Tibb Universitetində “Tibbin görən gözü" mövzusunda beynəlxalq elmi praktik konfrans başlayıb.

İki gün davam edəcək tədbirin açılışında çıxış edən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli şüa diaqnostikası sahəsində əldə edilən uğurlardan danışıb.

G. Gəraybəyli deyib ki, son illər tək Bakıda deyil, regionlarda da şüa diaqnostika mərkəzləri açılıb: “Bu, ölkəmizdə şüa diaqnostikası sahəsində keçirilən ilk beynəlxalq konfransdır. Tədbirdə Türkiyə və Rusiya alimləri də iştirak edir. İnanıram ki, təcrübə mübadiləsi faydalı olacaq”.

Konfransda ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri Məlahət Sultanova Azərbaycanda radiologiyanın inkişaf tarixindən danışıb. Gələn il ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının 70 illiyinin qeyd ediləcəyini söyləyən M. Sultanovanın sözlərinə görə hazırda bu sahədə 3 tibb elmləri doktoru və 50 fəlsəfə elmləri doktoru var.

Türkiyənin 19 May Universitetinin professoru Murat Danacı, Rusiya Radiologiya Assosiasiyasının üzvü Qalina Petrova konfransda iştirakdan məmnun olduğunu söyləyib.

Konfrans çərçivəsində keçirilən birinci paneldə M. Danacı “Bağırsaqların iltihabi xəstəliklərinin radioloji diaqnostikası”, tibb elmləri doktoru, professor Rauşan Raximjanova  (Qazaxıstan) “Qazaxıstanda süd vəzi xərçənginin diaqnostikasında innovasiya texnologiyalarının rolu” mövzusunda çıxış edib. R. Raximjanova sovet dövründə, 1955-ci ildə Qazaxıstanda Semipalatinsk nüvə poliqonunda nüvə bombası sınağının keçirildiyini, bu sınaq barədə 40 il məlumatsız olduqlarını, bu dövrdən sonra qadınlar arasında süd vəzi xərçənginin geniş yayılmasının səbəbinin də məhz nüvə bombası sınağı olduğunu söyləyib. Professor dərslərində qızlara ictimai nəqliyyatdan istifadə zamanı belə ehtiyatlı olmalarını, sinələrini zədə almaqdan qorumağı tövsiyə etdiyini nəzərə çatdırıb. R. Raximjanova süd vəzilərinin zədələnməsinin də xərçəngə yol aça biləcəyini qeyd edib. O, Qazaxıstanda süd vəzi xərçənginin diaqnostikası sahəsində əldə edilən uğurlardan söz açıb.

Tibb elmləri doktoru, professor Çingiz Rəhimov “Radioloji görüntülərin artırılmış reallıq eynəklərlə interoperasion istifadəsi”, Respublika Diaqnostika Mərkəzinin İnvaziv radiologiya şöbəsinin rəhbəri, professor Ahmet Memiş “Renovaskulyar xəstəliklərin invaziv radioloji müalicəsi” mövzularında danışıblar.

Bakucity.az

“Tibbin görən gözü"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
“Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gücünü xalqdan alaraq ədaləti yenidən bərqərar edir”. BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib. Yalçın Topçu qeyd edib ki, şanlı Azərbaycan Ordusu cəbhədə bir mülki şəxsə zərər vermədən hər gün yeni torpaqları işğaldan qurtarmaqla beynəlxalq hüququ pozaraq insanlığa qarşı cinayət törədən təcavüzkar işğalçı Ermənistana lazı...
Cəmiyyət
Ordumuz Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində yeni mövqelərə irəliləyib. Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib. Belə ki, Azərbaycan Ordusunun bölməl...
Cəmiyyət
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa edib. Macarıstanda yaşayan azərbaycanlı doktorant Əliyar Əzimovun Avropa İttifaqının "Modern Diplomacy" portalında ingilis dilində məqaləsi dərc edilib. BakuCity.az xəbər verir ki, məqalə "Paşinyan sülh missiyasında və beynəlxalq hüquqa riayət olunmasında uğursuzluğa necə düçar oldu?" adlanır. Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələrkən Dağlıq Qarabağ münaqişəsi ilə əla...
Cəmiyyət
Paytaxtda fəaliyyət göstərən bir sıra obyektlərdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) keçirdiyi monitorinqlər davam etdirilir. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Səbail rayonunda “Royal coin zoo mağaza”da, “İpək gözəllik salonu”nda, Yasamal rayonunda “Bolmarket”də, “Sizin Lombard”da, Suraxanı ra...
Siyasət
İham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. "Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrləri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbacanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın büt...
Cəmiyyət
''Bacara bilmirik''. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ordudakı mövcud çatışmazlıqların aradan qaldırılmasının "uzun və çoxillik proses” olduğunu deyib. BakuCity.az xəbər verir ki, ictimaiyyətin və medianın "biz müharibəyə hazır idikmi” sualına cavab verən Ovanisyan iddia edib ki, "nisbətən yeni silahların alınması” tempi son iki ildə bir qədər yüksəlibmiş. O, "son iki il” deyəndə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dö...
Cəmiyyət
QHT-lər bir sıra beynəlxalq təşkilatlara müraciət edib. Azərbaycan QHT-ləri Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə muzdlu döyüşçülərin gətirilməsi haqqında bir sıra beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. BakuCity.az xəbər verir ki, müraciət BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Elizabet Tichy-Fisslbergera, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Prezidenti Peter Maurera, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliy...
Cəmiyyət
Azad olunan vacib yüksəkliklər Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun olaraq cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. BakuCity.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyat...
Cəmiyyət
Ceyhun Bayramovun “The Washington Times” qəzetində məqaləsi dərc olunub. "Oktyabrın 16-na keçən gecə Azərbaycanın ikinci şəhəri olan Gəncəyə Ermənistan tərəfindən “Skud” raketləri atıldı. Gecə saatlarında və təxliyəyə ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmədən, hücum edilərək evlər və günahsız ailələr hədəf alındı. On dörd mülki şəxs həlak oldu; digər 40 nəfər ağır yaralandı". Bu barədə Xarici işlər naziri Ceyhun Bayramovun “The Washington Times” qəzetində...