Bakıda Parisə həsr olunan fotosərgi açılacaq

Bakıda Parisə həsr olunan fotosərgi açılacaq, Javid

Sərgi “Art Tover” rəsm qalereyasında keçiriləcək

Bakucity.az xəbər verir ki, aprelin 14-də İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında Maya Bağırovanın “Paris” adlı fotosərgisi açılacaq.

Frankofoniya həftələri çərçivəsində reallaşacaq sərgi Fransanın ölkəmizdə səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Qonaqlar sərgidə nümayiş ediləcək fotoşəkillərlə Parisi canlı şəkildə kəşf edə biləcəklər. Bir gün davam edəcək sərgi ilə hər kəs tanış ola bilər. (AZƏRTAC)

Bakucity.az

“Art Tover” rəsm qalereyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər