Bakıda avtomobil "zebra"dakı piyadaları əzib keçdi - Ölənlər var

Bakıda avtomobil "zebra"dakı piyadaları əzib keçdi - Ölənlər var, Javid

Şəhərin mərkəzində ağır qəza.

Bakucity.az xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın yanında qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil piyada keçidindən istifadə edən 3 nəfəri vurub.

Daha sonra sürücü idarəetməni itirərək avtobusa çırpılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Ölənlər "Mercedes" markalı avtomobilin sürücüsü və 50-55 yaşlı naməlum qadındır. 60-65 yaşlı qadın və 30 yaşlı kişi isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bakucity.az

ağır qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər