Bakıda sahibsiz heyvanların müdafiəsi genişləndirilir – ARAŞDIRMA

Sahibsiz küçə heyvanlarını müdafiə edən yeni qrup yaradılıb

Bakıda sahibsiz küçə heyvanlarına qayğı göstərən fəalların sayı gün keçdikcə artır. Bu fəalların sosial şəbəkələrdəki aktiv fəaliyyəti və keçirdikləri təbliğat kompaniyaları heyvanların müdafiəsində müəyyən irəliləyişə səbəb olub. Bakucity.az bu dəfə küçə heyvanlarının müdafiəsi sahəsində böyük işlər görən “HACHİKO” vəfalı heyvanlara yardım qrupunun fəaliyyətinı araşdırıb. Materialı oxuculara təqdim edirik.

“HACHİKO” necə yaranıb? 

“HACHİKO” qrupunun yaradıcısı Firəngiz Nəzərova bu ideyanın haradan ortaya çıxdığına dair saytımıza açıqlama verib, o, heyvanlara olan sevgisinin hələ illər öncə, “Əsl sədaqətli dost Xatiko” filminə baxdıqdan sonra yarandığını deyib:

“Hələ 15 yaşımdaykən küçələrdə tək gəzə-gəzə sahibsiz heyvanları yemləyirdim. 3 ay öncə isə sədaqətli dost Xatikonun adını verdiyim “HACHİKO” vəfalı heyvanlara yardım qrupunu və “Instagram” səhifəsini yaratdım. Məqsədim küçə heyvanlarına həm tibbi yardım göstərmək, həm də onları yemləmək idi. Qrupumuz əsas köməkçilərim Amil Əsədov, Elxan Məmmədzadə, Aydın Orucov olmaqla 4 nəfərdən ibarətdir. Fəaliyyətimiz zamanı sahibsiz heyvan sığınacaqları ilə tanış oluruq və Bakı küçələrində aksiyalar keçiririk. İlk tədbir-aksiyamızı bu il martın 3-də 15 nəfərlik heyvansevər aktivistlərlə birlikdə "Razin" sığınacağında gerçəkləşdirdik. Oradakı heyvanlara tibbi və yem yardımı etdik”.

Qrupun yaradıcısı şəhərdə heyvanların çox olduğu ərazilərdə təbliğat xarakterli aksiyaların mütəmadi olaraq keçiriləcəyini deyib:

“Öncə heyvanların olduğu yeri təyin edirik, sonra plakat hazırlayıb aksiyanın keçiriləcəyi tarixlə birlikdə sosial şəbəkələrdə paylaşırıq. Aktivistlərin bəziləri yem, bəziləri maddi yardım göstərirlər, bundan sonra gedirik təyin etdiyimiz ərazilərə. Heyvanları yemləyib ərazidəki insanlarla söhbətləşirik və çalışırıq azyaşlı uşaqları müəyyən qədər maarifləndirək. Bəzən uşaqlar heyvanlardan, xüsusilə də itlərdən hədsiz çox qorxurlar. Bu, onlarda zamanla fobiya halını alır, vaxt keçdikcə isə onlarda heyvanlara qarşı aqressiya yaranır. Cəmiyyətdə heyvanlara qarşı nümayiş olunan qəddarlıq da məhz bu cür hallardan qaynaqlanır". 

Gənc aktivist küçə heyvanlarının qısırlaşdırılması proseduruna qarşı çıxır, deyir ki, heyvanları valideynlik hissindən məhrum etməyə heç kimin haqqı yoxdur. 

"Biz heyvanı yalnız o zaman qısırlaşdırırıq ki, - Firəngiz davam edir; onun ən azından bir dəfə valideyn olduğuna və sağlamlığına əmin oluruq". 

“Şəhərdə az sayda sığınacaq var”

Gənc aktivistin ən böyük arzusu gələcəkdə küçə heyvanları üçün daha çox sığınacaq yaratmaqdır. 

"Bu sahədə yenilik etmək, açacağım sığınacaqda heyvanları daimi saxlamaq istəyirəm. İstərdim ki, öncə küçələrdə balalayıb çoxalan heyvanları, bir də anasız qalan körpə itləri yığam. Çünki körpə itlər yollarda tez-tez maşınların altında qalıb ölürlər. Maşın vuran heyvanlarla bağlı əsasən gecələr məlumat alırıq. Könüllü həkimlərimiz var, amma bəzən heyvanın vəziyyəti çox ağır olduğundan onu sağaltmağa büdcəmiz kifayət etmir. Səhifəmizdə ardıcıl paylaşımlar edirəm və aktivistlərin dəstəyi ilə heyvanın sağalması üçün əlimizdən gələni edirik”, - deyə Firəngiz Nəzərova fikrini tamamlayıb.

Qrup üzvü Amil Əsədovun sözlərinə görə, heyvanları yalnız şərti müqavilə əsasında sahibləndirirlər:

“İnsanlar yalnız heyvanları incitməyəcəkləri, onlara yaxşı baxacaqları, küçəyə atmayacaqları və başqasına verməyəcəkləri təqdirdə bizdən heyvan götürə bilərlər. Sahibləndirdiyimiz heyvanları daimi nəzarətdə saxlayırıq və onlar istənilən vaxt qrupumuza qaytarıla bilərlər. Qrupun növbəti planı isə məktəblərdə, universitetlərdə təbliğat xarakterli tədbirlərin həyata keçirilməsini reallaşdırmaqdır".

"Çox istərdik ki, - Amil davam edir; tədris ocaqlarında bizə şərait yaradılsın və biz həyata keçirmək istədiyimiz layihə çərçivəsində “Əsl sədaqətli dost Xatiko” filmini qısametraj şəklində təqdim edək, uşaqlara heyvanlarla dostluq edə bilmək imkanlarından danışaq və s. Həmçinin, məktəblərdə və zoo mağazalarda yardım qutuları yerləşdirmək istəyirik”.

Aktivistlərin sözlərinə görə, heyvanlara yardım məqsədi ilə qrupun hesabına köçürülən vəsaitlərin hesabatı aylıq aparılır və sənədlər saxlanılır. 

“Əsl sədaqətli dost Xatiko” haqqında

Sədaqətli dost Xatiko 1923-cü ildə doğulduqdan bir müddət sonra Tokio universitetinin professoru Ueno Hidesaburoya hədiyyə edilmişdi. Hər səhər işə gedən sahibini yola salan it geri qayıdardı, ancaq 15:00 da onun qayıdışını Sibuya stansiyasında yenidən gözləyərdi. 1925-ci il 21 mayda professor ürək tutmasından dünyasını dəyişir, Uenonun qohumları Xatikonu atmırlar. Xatiko isə hər gün stansiyaya getməyə davam edir. İtin sədaqəti qısa müddətdə bütün şəhərə yayılır. 1932-ci ildə dərc olunan qəzetlərdən birində Xatiko haqqında məqalə yazılır. İt 7 il ardıcıl olaraq stansiyada sahibini gözləyib. Sədaqət gözləntisi 1935-ci ilin 8 martında, Xatikonun ölümü ilə başa çatıb. Elə həmin il Tokioda Xatikoya heykəl qoyulub. 

Ramilə Qardaşxanqızı

Bakucity.az

“HACHİKO”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
125 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Manevr qaydalarını pozur Bakıda avtoxuliqanlıq edən şəxs qanunsuz hərəkətini videoya çəkərək sosial şəbəkədə paylaşıb. BakuCity.az xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan 99-UB-207 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq digər sürücülərə təhlükə yaradıb. Həmçinin oxu: Bakıda 5 avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - VİDEO Avtoxuliqan bu hərəkəti ilə başqa avtomobillərin normal hərəkət...
Hadisələr
Yaşlı qadın meyiti aşkarlanıb Bakıda meyit tapılıb. BakuCity.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Küçədən təxminən 70 yaşlarında qadın meyiti aşkar edilib. Aparılan araşdırmalara nəticəsində meyit tapılan şəxsin, 1944-cü il təvəllüdlü Səmədova Svetlana Absəməd qızı olması müəyyən edilib. BakuCity.az
Cəmiyyət
Ana qızının könüllü qaçdığına inanmır Bakıda 21 yaşlı qız 40 yaşlı evli və uşaqlı kişi ilə birlikdə yoxa çıxıb.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Yeganənin qoşulub qaçdığı şəxs anasının müdirəsinin əridir. Evli kişiyə qoşulub qaçan tələbənin anası "Səni axtarıram" proqramına çıxaraq qızının könüllü qaçdığına inanmadığını bildirib. Ana qızının geri qayıtması üçün göz yaşları ilə yalvarıb. Yeganə universitetin 4-cü kurs tələbəsidir. BakuCity.a...
Hadisələr
Hadisə yerinə xilasedicilər cəlb olunub Bakının Nəsimi rayonunda bir nəfər özünü hündürmərtəbəli binadan atmaq istəyib. BakuCity.az xəbər verir ki, bu barədə hadisə şahidləri Baku.ws- bildiriblər. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsindəki çoxmərtəbəli binaların birində qeydə alınıb. Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilərin səyi nəticəsində intihar etmək istəyə...
Cəmiyyət
"Elə gün yoxdur ki, avtobus qapıları açıq hərəkət etməsin" “Hər səhər 29 nömrəli marşrut avtobusu qapısı açıq şəkildə hərəkət edir, insanlar da içindən acımış xəmir kimi daşırlar”. BakuCity.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya şikayətində Nəsimi rayon sakini Gülnarə Abbasova deyib. Şikayətçi bildirib ki, hər gün işə Badamdar-Avtovağzal marşrutu ilə işləyən 29 nömrəli avtobusla gedir: “Ancaq buna getmək demək olmaz. Mənzil başına çatana kimi sıxlıqd...
Hadisələr
Münaqişəyə münasibətlərə son vermək qərarı səbəb olub Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub. Xatırladaq ki, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub. BakuCity.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib ki,...
Cəmiyyət
Restoran isə faktı təsdiqləmir Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranındakı zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az-ın məlumatına görə, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib: "İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxl...
Ekologiya
Hava rütubətli olacaq Noyabrın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütu...
Hadisələr
İtkin düşən şəxs idarə rəisinin qardaşıdır Xəzər dənizində neftçi itkin düşüb. BakuCity.az “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub. Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır. SOCAR-ın mətbuat katib...