Bakıda marşrut avtobusları piyadaları vuraraq öldürdü

Bakıda marşrut avtobusları piyadaları vuraraq öldürdü, Javid

Sərnişin avtobusu şəhərin mərkəzində ağır qəza törədib

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, hadisə ötən gün saat 15 radələrində metronun “28 May” stansiyasının yaxınlığında baş verib. 

Belə ki, Masallı rayon sakini N.Həmidov 46 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şəhla Hacıyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Ölümlə nəticələnən daha bir yol nəqliyyat hadisəsi isə Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, Sumqayıt şəhər sakini M.Həsənov 585 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən Saatlı rayon sakini Nail Sadıqovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bakucity.az

ağır qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər