Bakıda Beynəlxalq Uşaq Kitab Günü qeyd ediləcək

Bakıda Beynəlxalq Uşaq Kitab Günü qeyd ediləcək, Javid

“Qar Kraliçası” tamaşası da təqdim olunacaq.

Aprelin 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş uşaq kitab sərgisi açılacaq.

Bakucity.az xəbər verir ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə reallaşacaq tədbir çərçivəsində H.X.Andersenin “Qar Kraliçası” tamaşası da təqdim olunacaq.

Tədbirin keçirilməsində məqsəd, uşaqların və yeniyetmələrin intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliəyə maraq oyatmaqdır. (AzərTac)

Bakucity.az

“Qar Kraliçası”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər