Bakıda ərəb musiqi mədəniyyəti günü keçirildi

Bakıda ərəb musiqi mədəniyyəti günü keçirildi

Tədbirdə bir sıra dövlətlərinin səfirlər və diplomatik nümayəndəlikləri iştirak edib

Bakucity.az xəbər verir ki, Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində ərəb musiqi mədəniyyəti günü keçirilib.

Tədbirdə Misirin ölkəmizdəki səfiri Adel İbrahim çıxış edib:

“Musiqi mədəniyyətin böyük sahəsidir. Musiqi insanın, onun şəxsiyyətinin və fikrinin formalaşmasında da böyük rol oynayır. Ərəb Dövlətləri Liqası, Misir Mədəniyyət və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə ilk dəfə həyata keçirilən bu tədbir mədəniyyət sahəsinin inkişafı, ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi, Misir və ərəb musiqisinin daha yaxından tanınması üçün atılmış bir addımdır.”

Sonra Azərbaycanın Əməkdar artisti, kamança ustası Fəridə Məlikovanın və Xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi Qədim Musiqi Alətləri Ansamblının ifasında bir sıra ərəb musiqiləri səslənib.

Tədbirdə BƏƏ, Səudiyyə Ərəbistanı, Fələstin, Mərakeş, Liviya, İraq, Əlcəzair Moldova, Belçika, Peru, Çili, Xorvatiya, Tacikistan dövlətlərinin səfirləri, digər diplomatik nümayəndəliklərindən qonaqlar iştirak edib.

Bakucity.az

musiqi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər