Bakı onuncu dəfə Rostropoviç Festivalına ev sahibliyi edəcək

Bakı onuncu dəfə Rostropoviç Festivalına ev sahibliyi edəcək, Javid

Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Heydər Əliyev Fondu, ublikası Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə aprelin 22-27-də Bakıda Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bakucity.az xəbər verir ki, festivalda Rusiya, Almaniya, İsveçrə, İspaniyadan olan dünya şöhrətli musiqiçi və kollektivlər – İsveçrənin Lozanna Kamera Orkestri, Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Münchenklang” Orkestri və başqaları iştirak edəcəklər.

Festival çərçivəsində Heydər Əliyev Sarayında aprelin 26-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertin dirijoru Fuad İbrahimov, solisti Pablo Fernandes (cello) olacaq.

Konsert proqramında Cüzeppe Verdi, Kamil Sen-Sans və İqor Stravinskinin əsərləri səsləndiriləcək.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar. (AZƏRTAC)

Bakucity.az

Beynəlxalq Musiqi Festivalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər