Bakıda sərnişin avtobusu mağazaya çırpıldı: yaralılar var - VİDEO

Bakıda sərnişin avtobusu mağazaya çırpıldı: yaralılar var - VİDEO

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. 

Bakucity.az "Sputnik"ə istinadən xəbər verir ki, Paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində qəza hadisəsi baş verib. Məlumata görə, səhər saatlarında 62 saylı marşrutla hərəkət edən 90-TG-992 dövlət nömrə nişanlı avtobus "Home Market" dükanına çırpılıb.

Şahidlərin sözlərinə görə, hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

Hadisə zamanı yaralıların olduğu qeyd edilib.

Bakucity.az

qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər