Tanınmış ingilis sənətkarlar Bakıda sərgi keçirəcək

Tanınmış ingilis sənətkarlar Bakıda sərgi keçirəcək, Javid

Sənətkarların işləri həm Bakıda, həm də Londonda sərgilənəcək

Bakucity.az xəbər verir ki, fotoqraf Nik Jubino və vizual artist Tim Ridli 2019-cu ilin aprel ayında Böyük Britaniya və Azərbaycan arasındakı əlaqələri göstərən sənət əsərləri yaratmaq üçün Bakıya gələcəklər. Üç il davam edən "InAzerbaijan" layihəsi çərçivəsində hər iki ölkədən olan tamaşaçılar bu sənətkarların şəkillərini, fotolarını və digər işlərini hər iki paytaxtda görmək şansı əldə edəcəklər. 

Jubina London və Bakıda hər iki şəhərdəki kültür və memarlığı əks etdirən həm digital, həm də əl çapı formatındakı sənət əsərlərini nümayiş etdirəcək.

İlk sərgi 11 aprel tarixində Bakıda "Floors, the living space"də keçiriləcək. 

Qeyd edək ki, "InAzerbaijan" layihəsi Bakıya sənət işləri yaratmaq üçün sənət səfərlərini nəzərdə tutur. Bu mədəniyyət layihəsi Londonun "No Collective" mədəniyyət mərkəzi ilə Azərbaycan QHT-lərə Dəstək Şurasının bir əməkdaşlığı nəticəsində ərsəyə gəlir. 

Bakucity.az

"InAzerbaijan" layihəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər