Bakıda yeni nəsil kassa aparatları quraşdırılacaq

Yeni aparatların üstünlükləri nələrdir?

Bakucity.az xəbər verir ki,  Azərbaycanda tətbiqinə başlanılacaq yeni nəsil kassa aparatları hesabına kassa əməliyyatları haqqında məlumatların Vergilər Nazirliyinin informasiya bazasına operativ ötürülməsi bir sıra yeniliklərə yol açacaq. 

Bu barədə nazirliyin açıqlamasında bildirilir. 

"Bu yeniliklərə kassa əməliyyatlarının uçotunun düzgün aparılması, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsi, məlumatların Vergilər Nazirliyinin informasiya bazasında avtomatlaşdırılmış rejimdə ötürülməsi və s. aiddir. Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq. 

Yeni nəsil kassa aparatlarının tətbiqi ilə yeniliklərdən biri kassa çeklərinə tələblərlə bağlıdır. Belə ki, kassa çeklərində olan məlumatlara bir sıra əlavələr edilib. Bu əlavələr nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti) və QR-koddur. Bunlardan QR-kod istehlakçıların maraqlarına xidmət edən yenilikdir. Belə ki, mağazadan alış-veriş edən vətəndaş çekdə yerləşdirilmiş QR-kod vasitəsilə ona verilən çekin həqiqiliyini, həmin çekin Vergilər Nazirliyinin bazasında olub-olmamasını yoxlamaq imkanı əldə edəcək. Bunun üçün mobil telefonlara QR-kod reader mobil əlavəsini yükləmək və çeki telefona yaxınlaşdırıb bu əlavə vasitəsilə onun düzgünlüyünü yoxlamaq olar. Bununla yanaşı yeni nəsil kassa aparatları üzrə məlumatların çatdırılması üçün yaradılacaq e-kassa.gov.az saytı vasitəsilə də çeki yoxlamaq mümkündür. Bunun üçün həmin saytdakı “Çekin yoxlanılması” bölməsinə müraciət etmək lazım olacaq.

Vətəndaşlar həmçinin “QR-kod reader”dən istifadə etməklə və ya e-kassa.gov.az saytındakı “Çekin yoxlanılması” bölməsinə çek məlumatlarını daxil etməklə kassa çekində yerləşdirilmiş QR-kodun sürətini çıxararaq çekin elektron nüsxəsini də əldə edə biləcəklər.

Qeyd edək ki, pərakəndə ticarətdə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaqlar. Bu baxımdan bu vəsaitin əldə edilməsi üçün alış-veriş zamanı alıcılara çeklərin düzgün təqdim edilməsi mütləqdir.

Təbii olaraq bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Belə ki, vətəndaşlar alış-veriş edərkən kassa çeklərini tələb etməlidirlər. Çünki kassa çekinin təqdim olunması alış-veriş zamanı keyfiyyətinin aşağı olduğu sonradan anlaşılan məhsulların yenisi ilə əvəz edilməsi və ya qaytarılması, bonuslardan istifadə və vətəndaşların hüquqlarının müdafiəsi baxımından vacib əhəmiyyət daşıyır. Bundan əlavə, çeklərin təqdim olunması dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir", - açıqlamada qeyd olunub. 

Bakucity.az

yeni nəsil kassa aparatları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
7 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Pulsuz biletlər iki gün keçərlidir Bakıda “Robopark” sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq: • Las-Veqasdan Pepper...
Cəmiyyət
Atraksionlar yaxın vaxtlarda gətiriləcək Bakıda Dənizkənarı Milli Parkın ərazisində yeni atraksionlar quraşdırılacaq. BakuCity.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı Trend-ə bildirib. Onun sözlərinə görə, yeni atraksionlar yaxın vaxtlarda ölkəyə gətiriləcək: "Bununla bağlı qarşı tərəflə danışıqlar aparılır, yaxın vaxtlarda yeni atraksionları bulvar ərazisində görmək mümkün olacaq. Nə cür olaca...
Cəmiyyət
"İnfrastruktur imkan verir ki, sürəti 140-a qaldıraq" Bakıdan Gəncəyə 3 saata çata bilərik. BakuCity.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cabid Qurbanov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib. C.Qurbanov qeyd edib ki, Bakı-Gəncə dəmir yolu ilə hazırda hər gün bir qatar gedir, bir qatar gəlir: “Dörd saata gedir, amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti saatda 140 kilometrə qaldıraq...
Hakimiyyət
Dəmir yolu üzrə işlərin 80 faizi görülüb Bakı dairəvi dəmir yolunun birinci hissəsi ilin axırınadək tamamlanacaq. BakuCity.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib. C.Qurbanov qeyd edib ki, əvvəllər “elektriçka” adı ilə mövcud olmuş Bakı dairəvi dəmir yolu uzun illərdir işləmirdi. Son 25 ildə sadəcə 5-10 elektrik qatarı var idi ki, onlar da 40 ildən çox idi işləyirdi...
Hakimiyyət
"Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin" Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovu qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, onun göstərişi ilə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır, o cümlədən Bakı şəhərətrafı...
Mədəniyyət
“Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” 13 noyabr saat 12:00 – da Bakı Ekspo Mərkəzində “Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” adlı sessiya keçirilib. Bakucity.az xəbər verir ki, sessiyada bir sıra şirkət nümayəndələri öz korporativ məsuliyyət siyasətləri çərçivəsində ekoloji istiqamətdə həyata keçirilən tədbirlər üzrə praktiki təcrübələrini paylaşıblar. Tədbirin ardınca isə Bakı Ekspo Mərkəzinin foyesində "Caspian Ecology" sərgisi çərçivəsi...
Cəmiyyət
Sənədsiz məktəbli qalmayacaq Bakının təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdən ibarətdir. Tədris ilinin ilk aksiyası 244 nömrəli tam orta məktəbdə təşkil olunub. Aksiya çər...
Cəmiyyət
Sac yeməklərini sevənlər üçün zəngin menyu Milli mətbəximizin bir çox ləziz təamları sırasında bol çeşidli, zövqə görə hazırlanan saciçi yeməklər də var. Amma sağlam qidalanmaq üçün harada və nə yediyimizə diqqət etməliyik. BakuCity.az paytaxtda fəaliyyət göstərən restoran və kafelərdə təklif olunan sac yeməkləri və onların qiymətləri barədə məlumat toplayıb.  Teleqüllə restoranında saciçi yemək üçün depozit ödəməlisiniz Akademik Abbaszadə, 12 ünvanında ye...
Cəmiyyət
68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən ölkəmizə dəvət olunub. Akademiyadan BakuCity.az-a verilən məlumata görə, C.Məmmədquluzadə şəcərəsinin nümayəndələri yaxın vaxtlarda 68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar. Onlar Az...