Bakıda konsertə hazırlaşan Miri Yusifin yeni mahnısı çıxdı - VİDEO

Sənətçi "YouTube" kanalında “Ruzigar” mahnısını təqdim edib

Bakucity.az xəbər verir ki, iyunun 7-si, 8-i və 9-da “Yaşıl Teatr”ın səhnəsində populyar müğənni Miri Yusifin solo konserti olacaq. Həmin konsertə hazırlıqla əlaqədar müğnninin başı çox qarışıq olsa da, o, fanatları üçün həmişə vaxt tapır, onlarla tez-tez ünsiyyət saxlayır. Bu günlərdə müğənni “avantüraya əl atıb” və "Instagram" səhifəsində öz abunəçilərinə belə bir sualla müraciət edib: “Qarşıdakı konsertdə mənim repertuarımdan ən çox hansı mahnını eşitmək istəyərdiniz?”.

Abunəçilər sevimli mahnılar barədə fikirlərini bölüşmək fürsətini qaçırmayıb və "Direct"də müğənniyə cavab verməyə başlayıblar, Miri Yusif özü isə pərəstişkarlarının sevgi və sədaqətini diqqətsiz qoymayıb və "Stories"də öz arzularını bölüşməyə başlayıb.

Beləliklə, müxtəlif illərdə yazılmış mahnılar sadalanıb. Bəzi fanatlar yazırdılar ki, Miri Yusifin bütün mahnılarını xoşlayırlar, başqaları deyirdilər ki, müğənninin köhnə mahnıları onların ruhuna daha yaxındır. Ona Təbrizdən də yazırdılar, Azərbaycanın regionlarından da, artisti orada konsertlə gözlədiklərini bildirirdilər – bir sözlə, abunəçilərdən hər birinin Miri Yusifə deməyə sözü, onunla bölüşməyə fikri var.

Yəqin ki, tamaşaçı ilə belə interaktiv ünsiyyət artistin qarşıdakı konsert proqramına hazırlaşmasına kömək edəcək.

Amma bu, yalnız başlanğıc idi – iki gündən sonra artist öz pərəstişkarlarının yeni mahnı ilə sevindirib – Miri Yusif şəxsi YouTube kanalında “Ruzigar” mahnısını təqdim edib. Sözləri Fidan Axundovaya aid olan bu mahnının musiqisini müğənni özü yazıb.

Müğənni bu dəfə də öz stilinə sadiqdir: yenə xoşbəxtliyin qeyri-mümkünlüyü haqqında, əldən verilmiş imkanlar haqqında oxuyur, amma yenə də özünü belə bir ümidlə sakitləşdirir ki, “Bu dünyada bir tək ölümə çarə yox”.

Bu fraza çoxlarının ürəyincə olub, abunəçilər "YouTube"dakı şərhlərində bu haqda yazır, amma onlar müğənnidən bu yeni mahnıya klip də çəkdirməsini tələb edirlər. Müğənni özü bu tələbləri hələlik şərh etmir – ola bilsin, yaxın gələcəkdə onun fanatlarını daha bir sürpriz gözləyir.

Bakucity.az

Miri Yusif
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Bakıda 9 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Ab...
Cəmiyyət
"17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bəpa olunması müzakirə olunur. Bundan bir həftə sonra isə rayonlara gediş-gəlişin bərpa edilməsi istiqamətində fikir mübadiləsi aparılır". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövs...
Cəmiyyət
"Bir çox ölkələrin strategiyasında məhz nəqliyyatın məhdudlaşdırılmasından istifadə olunur ki, yoluxma artmasın. Biz də buna məcburuq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövsümov bildirib ki, metroda virusun yayılması ehtimalı daha yüksək olduğuna gör...
Cəmiyyət
“İyul ayında ölkədə koronavirusa yoluxanların sayında müəyyən artım müşahidə edildi. Bu, iyulun 14-də kütləvi şəkildə küçələrdə maskasız, məsafəsiz yürüş etməklə əlaqələndirilə bilər”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. Şahmar Mövsümovun sözlərinə görə, Bakı küçələrində çəkilmiş şəkillərdən də sıxlıq a...
Cəmiyyət
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandı...
Cəmiyyət
Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib. Qurumdan BakuCity.az-a verilən məlumata görə, Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qər...
Cəmiyyət
“Sədərək” və “Binə” ticarət mərkəzi bağlı qərar qəbul edilib. Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyib. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb. (report) BakuCity.az
Cəmiyyət
COVID-19 infeksiyasının ürəyə təsirləri barədə aparılan elmi tədqiqatın nəticələri məlum olub. BakuCity.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib. Nuran Abdullayevin sözlərinə görə, virusun ürəkdə yaratdığı problemlərlə bağlı müxtəlif elmi tədqiqatlar aparılsa da, son günlər bununla bağlı çox vacib məqamlara toxunulan el...
Cəmiyyət
Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək. BakuCity.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı ik...