Bakıda insan alveri ilə bağlı beynəlxalq seminar keçiriləcək

Bakıda insan alveri ilə bağlı beynəlxalq seminar keçiriləcək, Javid

Seminarda xarici ölkələrin nümayəndələri də iştirak edəcək

“Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması” (ENCT) layihəsi çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə 3-4 aprel 2019-ci il tarixlərində "Cinayət istintaq orqanlarının insan alveri ilə mübarizə sahəsində rolu" mövzusunda beynəlxalq seminar keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xdmətindən Bakucity.az-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan hökümətinin insan alverinə qarşı mübarizəsinin və insan alveri qurbanlarının müdafiəsinin daha effektiv aparılması üzrə potensialın, habelə layihəyə cəlb olunacaq hakimlərin, vəkillərin və digər təlimçilərin insan alveri ilə mubarizə sahəsində bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Seminarda bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçiləri, hakimlər, prokurorlar, vəkillər, Ədliyyə və Daxili işlər nazirliklərinin əməkdaşlarının iştirakı gözlənilir.

Tədbirdə beynəlxalq, regional və yerli səviyyədə insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi məsələləri müzakirə olunacaqdır.

İnsan alveri ilə mübarizənin müxtəlif aspektlərinə dair Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya, İsveçrə, Ukrayna, Moldova, Belorusiya, İnterpolun və Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndələrinin təqdimatları dinləniləcək, fikir və təcrübə mübadiləsi aparılacaqdır.

Bakucity.az

seminar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər