Bakının "Nargin" adasına 2 milyard dollar investisiya yatırılacaq? - ARAŞDIRMA

Adanı turizm cənnətinə çevirmək planı baş tutacaqmı?

Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə (Nargin) adası paytaxtın ən müəmmalı yerlərindən biri sayılır. Ada özünün gözəl mövqeyilə seçilir. Buranın dünya səviyyəli istirahət zonasına çevriləcəyi ilə bağlı dəfələrlə müxtəlif məlumatlar yayılıb. Sonuncu belə layihə olan  "Azərbaycan Mirvarisi"  2011-ci ildə təqdim olunub. Bu layihə park, otellər, qonaqları qəbul etmək üçün yanalma sahəsi daxil olmaqla, adanın beş zonaya bölünməsini nəzərdə tuturdu. Lakin bu irimiqyaslı planın həyata keçirilməsi o vaxt baş tutmadı. Məsələsinin nə yerdə olduğunu öyrənmək üçün Bakucity.az saytı layihənin müəllifi, Beynəlxalq Memarlıq Akademiyasının professoru, Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü Rasim Babakişiyevlə söhbət edib. Müsahibəni oxucularımıza təqdim edirik. 

Layihənin gerçəkləşdirilməsi iqtisadi vəziyyətdən asılıdır

Rasim Babakişiyev sözlərinə görə, müəyyən səbəblərə görə, indiyəcək layihəni reallaşdırmaq mümkün olmayıb:

"Layihə hələ 2011-ci ildə turizm və səyahət beynəlxalq sərgisində təqdim olunmuşdu. Onu o vaxt bəyəndilər, böyük maraq doğurdu. Həmin dövrdə Azərbaycan "Eurovision"da qalib gəldi, daha sonra ölkədə digər genişmiqyaslı tədbirlər keçirildi.  Ola bilsin, bütün bunlar mənim layihəmin həyata keçirilməsini xeyli çətinləşdirib".

Memar qeyd edib ki, belə irimiqyaslı layihələrin həyata keçirilməsi dövlət rəhbərliyi tərəfindən təsdiq edilməlidir, onun həyata keçirilməsi ölkədəki iqtisadi vəziyyətdən asılıdır:

"Əlbəttə, belə turizm kompleksinin tikintisi turizmin inkişafına təkan verəcək. Layihə əsasında adada 5 mehmanxana inşa edilməli idi. Bundan başqa, adada "Köhnə Şəhər"in

("İçərişəhər"i xatırladan kompleks) tikintisi planlaşdırılırdı, bununla adada bütün milli mədəniyyətimiz bir yerə cəmlənəcəkdi.

"Nargin"dəki "Köhnə şəhər" öz gündəlik həyatını yaşamaqla yanaşı, Azərbaycanın mədəniyyətini, incəsənətini, milli ənənələrini əks etdirən muzey olmalı idi. 2-3 mərtəbəli binaların birinci mərtəbəsi tətbiqi sənət emalatxanaları, restoran, kafe, suvenir və antikvar mağazaları, xalq yaradıcılığı məktəbləri, rəsm qalereyası, sərgi salonları, rəsm studiyası, muzeylər kimi istifadə olunacaqdı. Burda həmçinin memarlıq, xalq yaradıcılığı, mədəniyyət sahəsində  beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılırdı. Üst mərtəbələr  isə yaşayış üçün nəzərdə tutulurdu".

Rasim Babakişiyevin sözlərinə görə, Böyük Zirə adası yalnız turizm sahəsi kimi məhdudlaşmayacaqdı, burada ümumtəhsil və musiqi məktəblərinin, teatrların, şərq bazarının tikilməsi də nəzərdə tutulmuşdu: "Adanın qərb hissəsində vacib şəxslər və dövlət xadimləri üçün  iqamətgah, liman, vertolyot meydançasına malik "VIP" villalar qəsəbəsi, həmçinin VIP çimərlik olacaqdı"

Layihə müəllifi qeyd edib ki, adada  konfransların, festivalların, sərgilərin, idman tədbirləri və beynəlxalq sammitlərin keçirilməsi üçün də universal konqres-mərkəz,  həmçinin ultramüasir "Konqres" oteli tikiləcəkdi: "Gördüyünüz kimi, bu kifayət qədər irihəcmli layihədir. Ona görə də, mən baxılması üçün onu yenidən müvafiq qurumlara göndərdim. Layihə ilə  investorlar, həmçinin turizm sahəsinin nümayəndələri daim maraqlanırlar".

Layihədə xatirə kompleksi də nəzərdə tutulub

Memar həmçinin xatırladıb ki, ada dəfələrlə tariximizin faciəli hadisələrinə şahidlik edib: "Ada ilk dəfə Birinci Dünya Müharibəsinin sonlarında dəhşətli məqsədlər üçün istifadə olunub. O dövrdə çar hökuməti buranı hərbi əsirlərin saxlanması üçün münasib yer hesab edirdi. Adanın hündür hissəsində daim üstü açıq olan çala qazılmışdı, ölən əsirləri bura atırdılar.

"Ona görə də adanın qurbanlarına abidə qurmağı və hər şeyi necə var elə saxlamağı irəli sürən skeptiklərin rəyini nəzərə alaraq,  biz alternativ həll yolu da təklif etmişik. Buranın beynəlxalq əhəmiyyətli mədəni-xatirə-turizm mərkəzinə çevirməyi irəli sürmüşdük. Çünki belə cəlbedici sahəyə malik ərazini yiyəsiz qoymaq düzgün olmazdı".

Babakişiyev vurğulayıb ki, layihədə qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə işlərin təşkilini nəzərə alaraq, qazıntıların aparılması, dəfn qalıqlarının qardaşlıq məzarında saxlanılması nəzərdə tutulurdu:

"Bunun üçün "Köhnə şəhər"in "Tolerantlıq" meydanında adanın qurbanlarına həsr olunan muzey abidəsini, qardaşlıq məzarlığını, məscidlər, sinaqoqlar və kilsələri özündə cəmləyən memorial kompleksinin tikintisi nəzərdə tutulurdu".

"Azərbaycan Mirvarisi" layihəsinin taleyi necə olacaq? 

"Mən ümid edirəm ki, hər halda bu layihə həyata keçiriləcək. Hazırda bu layihəni yenidən aktual etməyə çalışıram. Bütün hallarda layihə müsbət qarşılanıb. İqtisadi baxımdan faydası da var. Layihə baş tutsa, adada çoxlu iş yerləri açılacaq", - deyən memar bu nəhəng layihənin tikintisi üçün təxmini maliyyə xərclərini də hesablayıb.

"Mənim hesablamalarıma görə, tikintiyə təxminən 2 milyard dollar tələb olunur. Həmin dövrdə, 5-6 milyard dollar məbləğində xərclər tələb edən layihələr də təklif edilirdi. Ona görə də, mən hesab edirəm ki, mənim planım ən düşünülmüşü idi, çünki onun qiyməti daha məqbuldur", - deyə tanınmış memar fikrini tamamlayıb. 

Əfsanəvi Böuük Zirə  adasına öz simasını həmişəlik dəyişmək qismət olacaqmı, yoxsa o elə bu cür toxunulmaz  qalacaq? Araşdırmamız zamanı biz öyrənə bildik ki, "Azərbaycan Mirvarisi" layihəsinin icrası haqqında düşünülür. Bəlkə də yaxın vaxtlarda bununla bağlı müsbət qərar veriləcək.

Züleyxa İsmayılova

Bakucity.Az

"Azərbaycan Mirvarisi" Nargin adası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Bakıda 9 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Ab...
Cəmiyyət
"17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bəpa olunması müzakirə olunur. Bundan bir həftə sonra isə rayonlara gediş-gəlişin bərpa edilməsi istiqamətində fikir mübadiləsi aparılır". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövs...
Cəmiyyət
"Bir çox ölkələrin strategiyasında məhz nəqliyyatın məhdudlaşdırılmasından istifadə olunur ki, yoluxma artmasın. Biz də buna məcburuq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövsümov bildirib ki, metroda virusun yayılması ehtimalı daha yüksək olduğuna gör...
Cəmiyyət
“İyul ayında ölkədə koronavirusa yoluxanların sayında müəyyən artım müşahidə edildi. Bu, iyulun 14-də kütləvi şəkildə küçələrdə maskasız, məsafəsiz yürüş etməklə əlaqələndirilə bilər”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. Şahmar Mövsümovun sözlərinə görə, Bakı küçələrində çəkilmiş şəkillərdən də sıxlıq a...
Cəmiyyət
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandı...
Cəmiyyət
Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib. Qurumdan BakuCity.az-a verilən məlumata görə, Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qər...
Cəmiyyət
“Sədərək” və “Binə” ticarət mərkəzi bağlı qərar qəbul edilib. Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyib. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb. (report) BakuCity.az
Cəmiyyət
COVID-19 infeksiyasının ürəyə təsirləri barədə aparılan elmi tədqiqatın nəticələri məlum olub. BakuCity.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib. Nuran Abdullayevin sözlərinə görə, virusun ürəkdə yaratdığı problemlərlə bağlı müxtəlif elmi tədqiqatlar aparılsa da, son günlər bununla bağlı çox vacib məqamlara toxunulan el...
Cəmiyyət
Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək. BakuCity.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı ik...