Mehriban Əliyevanın verdiyi ev Bakıda şəhid ailəsinə təqdim olundu - FOTO

Mənzilin açarları bu gün təhvil verilib

Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə bağışladığı mənzilin açarı onun oğluna təqdim olunub. 

Mənzilin açarları bu gün polkovnik-leytenant Tahir Axundova verilib.

Qeyd edək ki, Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib. 

Məlumata görə, S.Axundov şəhid olmamışdan bir neçə il əvvəl “Kamran” MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran” MMC-nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb. 

Məhkəmə proseslərindən biri Sənan Axundov sağ olanda baş tutub. Qərar Axundovlar ailəsinin lehinə olub. Lakin Ali Məhkəmə Şərurlu İsfəndiyarı müdafiə edib və şəhid ailəsini evsiz qoyub.

Məsələnin ictimailəşməsindən sonra Mehriban Əliyeva Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə ev bağışlayıb. 

Bakucity.az

Mehriban Əliyeva
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
93 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Pulsuz biletlər iki gün keçərlidir Bakıda “Robopark” sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq: • Las-Veqasdan Pepper...
Cəmiyyət
Atraksionlar yaxın vaxtlarda gətiriləcək Bakıda Dənizkənarı Milli Parkın ərazisində yeni atraksionlar quraşdırılacaq. BakuCity.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı Trend-ə bildirib. Onun sözlərinə görə, yeni atraksionlar yaxın vaxtlarda ölkəyə gətiriləcək: "Bununla bağlı qarşı tərəflə danışıqlar aparılır, yaxın vaxtlarda yeni atraksionları bulvar ərazisində görmək mümkün olacaq. Nə cür olaca...
Cəmiyyət
"İnfrastruktur imkan verir ki, sürəti 140-a qaldıraq" Bakıdan Gəncəyə 3 saata çata bilərik. BakuCity.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cabid Qurbanov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib. C.Qurbanov qeyd edib ki, Bakı-Gəncə dəmir yolu ilə hazırda hər gün bir qatar gedir, bir qatar gəlir: “Dörd saata gedir, amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti saatda 140 kilometrə qaldıraq...
Hakimiyyət
Dəmir yolu üzrə işlərin 80 faizi görülüb Bakı dairəvi dəmir yolunun birinci hissəsi ilin axırınadək tamamlanacaq. BakuCity.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib. C.Qurbanov qeyd edib ki, əvvəllər “elektriçka” adı ilə mövcud olmuş Bakı dairəvi dəmir yolu uzun illərdir işləmirdi. Son 25 ildə sadəcə 5-10 elektrik qatarı var idi ki, onlar da 40 ildən çox idi işləyirdi...
Hakimiyyət
"Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin" Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovu qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, onun göstərişi ilə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır, o cümlədən Bakı şəhərətrafı...
Mədəniyyət
“Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” 13 noyabr saat 12:00 – da Bakı Ekspo Mərkəzində “Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” adlı sessiya keçirilib. Bakucity.az xəbər verir ki, sessiyada bir sıra şirkət nümayəndələri öz korporativ məsuliyyət siyasətləri çərçivəsində ekoloji istiqamətdə həyata keçirilən tədbirlər üzrə praktiki təcrübələrini paylaşıblar. Tədbirin ardınca isə Bakı Ekspo Mərkəzinin foyesində "Caspian Ecology" sərgisi çərçivəsi...
Cəmiyyət
Sənədsiz məktəbli qalmayacaq Bakının təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdən ibarətdir. Tədris ilinin ilk aksiyası 244 nömrəli tam orta məktəbdə təşkil olunub. Aksiya çər...
Cəmiyyət
Sac yeməklərini sevənlər üçün zəngin menyu Milli mətbəximizin bir çox ləziz təamları sırasında bol çeşidli, zövqə görə hazırlanan saciçi yeməklər də var. Amma sağlam qidalanmaq üçün harada və nə yediyimizə diqqət etməliyik. BakuCity.az paytaxtda fəaliyyət göstərən restoran və kafelərdə təklif olunan sac yeməkləri və onların qiymətləri barədə məlumat toplayıb.  Teleqüllə restoranında saciçi yemək üçün depozit ödəməlisiniz Akademik Abbaszadə, 12 ünvanında ye...
Cəmiyyət
68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən ölkəmizə dəvət olunub. Akademiyadan BakuCity.az-a verilən məlumata görə, C.Məmmədquluzadə şəcərəsinin nümayəndələri yaxın vaxtlarda 68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar. Onlar Az...