Bakıda Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirilib

Bakıda Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirilib

V. Mustafazadənin əsərləri şagird və tələbələrinin ifasında səslənib

Bakucity.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib.

Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan konsertdə V. Mustafazadənin əsərləri, müxtəlif caz kompozisiyaları məktəbin şagird və tələbələrinin ifasında səslənib.

Konsertdə cazmen Cavan Zeynallı da çıxış edib.

Bakucity.az

konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər