Bakıda Frankofoniya həftələri çərçivəsində film nümayiş olunacaq

Film 2015-ci ildə Alain Gsponer tərəfindən lentə alınıb

Bakucity.az xəbər verir ki, aprelin 4-də “Park Cinema”da İsveçrənin məşhur “Haydi” filmi nümayiş olunacaq.

Filmin nümayişi Frankofoniya həftələri çərçivəsində İsveçrənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşacaq. Film İsveçrə almancasında Azərbaycan və rus subtitrləri ilə təqdim ediləcək.

Ekran əsəri 5 yaşlı yetim Haydi haqqındadır. O, babası ilə İsveçrə dağlarında yaşayır. Lakin xalası Dete onu xəstə və çətin xasiyyəti olan qızı Klaraya baxmaq üçün Frankfurta götürür və o gündən Haydinin xoşbəxt anları bitir. Haydi həmin andan bir məqsədlə yaşayır: geri babasının yanına dönmək. Film 1880-ci ildə Johanna Spyrinin yazdığı dünya şöhrətli “Haydi hekayəsi”nin əsasında 2015-ci ildə Alain Gsponer tərəfindən lentə alınıb.

Aprelin 15-dək davam edəcək Frankofoniya həftələri 11 Avropa dövlətinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşır.

Bakucity.az

film nümayişi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
153 kiloqram yararsız ət aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib.  AQTA-dan BakuCity.az-a verilən məlumata görə, agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb. Məlum olub ki, ümumi ç...
Cəmiyyət
Bu şəraitdə yaşamaqdan bezib Səhər saatlarında Bakıda kişi intihara cəhd edib. BakuCity.az ARB-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində baş verib. Qamət Ağayev yaşadığı binanın damına çıxaraq həyatına son qoymaq istəyib. Məlum olub ki, buna səbəb onun mənzilinin məxsus olduğu MTK-dan narazılığıdır. O, mənzilinin kommunal təchizatından narazı olduğu üçün bu addımı atmaq qərarına gəlib. Q.Ağayev bildirib ki, 2006-cı ildə “As...
Cəmiyyət
Məsələ 5 dəqiqə həll olunacaq Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyətə başlayır. BakuCity.az “Report”a istinadən məlumat verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib. Onun sözlərinə görə, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq: "Vətəndaş nəqliyyat vasitəsi ilə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək....
Cəmiyyət
Martin Cavanşiri Azərbaycana dair təəssüratlarını bölüşüb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin hazırda Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötükcəsi Pşemislav Cavanşiri ilə görüşüb. BakuCity.az xəbər verir ki, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib. Cəlil Məmmədquluzadənin...
Hadisələr
Göyərtədə 104 sərnişin olub Bakı-İstanbul təyyarəsi təcili eniş edib. "Buta Airways"dən BakuCity.az-a verilən məlumata görə, sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq şirkətin J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb. Reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib. Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub. Xəstə sərnişini tibb...
Cəmiyyət
Buna görə cərimə nəzərdə tutulur Bakıda ara-sıra elektron siqaretlər və ya tütün qızdırıcıların (Glo, IQOS) reklamına rast gəlinir. İstər-istəməz sual yaranır: bu növ məhsullar tütün məmulatı sayılırsa, reklamına niyə icazə verilir? Məsələ ilə bağlı BakuCity.az Azad İstehlakçılar Birliyinin sədri, Beynəlxalq İstehlakçılar Təşkilatının Azərbaycandakı nümayəndəsi Eyyub Hüseynovun fikirlərini öyrənib. E.Hüseynov qeyd edib ki, bu cür məhsulların ölkədə istər a...
Cəmiyyət
"3D formatlı piyada zolaqlarından istifadə nəzərdə tutulur" Hazırda Bakıda və ətraf ərazilərdə avtomobil yollarında piyada keçidi zolaqları var. Ancaq onların əksəriyyəti, demək olar, görünməz haldadır və ya tamamilə gözdən itib. Təbii ki, bu da haqlı narazılığa səbəb olur. Adətən, mərkəzdə belə hallar olanda həmin zolaqlar qısa müddətdə rənglənir. Ancaq şəhər ətrafında paytaxtın mərkəzi hissəsi ilə müqayisədə silinən piyada zolaqları daha çoxdur. Əlbəttə,...
Cəmiyyət
Vaxtilə Bakıda çoxsaylı sincab və tutuquşular məskunlaşıb Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 tutuquşu buraxılıb. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, IDEA-nın “Urban Ecology” (“Şəhər ekologiyası”) layihəsi çərçivəsində parkda məskunlaşdırılmış yaxalıqlı tutuquşu (lat. Psittacula krameri) Bakı şəhərinin i...
Cəmiyyət
Həmin vaxt ata və oğlu liftdə olub Bakıda içərisində iki sakinin olduğu və 7-ci mərtəbədən enən lift sıradan çıxaraq sürətlə birinci mərtəbəyə düşüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında baş verib. Həmin binada yaşayan Mürsəl Balaxanov deyib ki, ötən gün 7-ci mərtəbədən düşmək istəyən zaman qəfil lift sürətlə birinci m...