Məqsəd gənc və həvəskar rəssamların inkişafına dəstək göstərməkdir
Bakucity.az xəbər verir ki, “Arts Council Azerbaijan” təşkilatı “START” layihəsi çərçivəsində növbəti rəsm sərgisi açacaq.
“Art Tover” rəsm qalereyasında açılacaq sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq.
Sərginin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Aprelin 30-da açılacaq sərginin kuratoru Türkan Cəfərzadədir.
“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtmaqdır.
Bakucity.az