Kula Teatrında həftə sonu 4 tamaşa göstəriləcək
Bakucity.az xəbər verir ki, A.Şaiq adına Azərbaycan Dövlət Kula Teatrında həftəsonu uşaqlar üçün maraqlı tamaşalar nümayiş olunacaq.
Teatrın yaradıcı heyəti bu həftə 2-si rus, 2-si isə Azərbaycan dilində olmaqla 4 səhnə əsəri ilə balaca tamaşaçıları sevindirəvək.
Belə ki, uşaqlar aprelin 5-də “Piter Pen”, “Çipollino”, 6-da isə “Əllədin”, “Durna balığı” tamaşalarını izləyəcəklər. Həmçinin, tamaşaçılar aprelin 7-də “Qoğal”a (iki dəfə) baxa biləcəklər.
Bakucity.az