Bakıda betonqarışdıran maşının sürücüsünü elektrik cərəyanı vurub
Bakucity.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda DSK yolu kimi tanınan ərazidəki beton tədarükü zavodunda betonqarışdıran avtomobilin sürücüsü, 31 yaşlı Vasif Quliyev avtomobilin üzərinə çıxıb iş görən zaman yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman gərginlik onu vuraraq yandırıb. V.Quliyev hadisə yerində ölüb.
Hazırda Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır. ONA
Bakucity.az