Bakıda qadın ərini döydü - VİDEO

Bakıda qadın ərini döydü - VİDEO, Javid

Kişi xəstəxanaya yerləşdirilib

Bakucity.az xəbər verir ki, gecə paytaxtın Binə qəsəbəsi Südçülük sovxozu adlanan ərazisində qadın ərini döyüb.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Qadın həyat yoldaşı, 1985-ci il təvəllüdlü Mirzəyev Zaur Camal oğluna xəsarət yetirib.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. (Oxu.az)

Bakucity.az

ailə münaqişəsi zəmini
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər