Bakıdan Almatıya birbaşa aviareys açıldı

AZAL Bakı-Almatı-Bakı marşrutu üzrə ilk uçuşunu həyata keçirib. 

Bakucity.az-ın məlumatına görə, Almatı hava limanında aviareysin açılması münasibətilə mərasim keçirilib.

Tədbirdə bildirilib ki, bu gündən etibarən AZAL-ın reysləri həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı “Airbus A319” tipli təyyarə ilə, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

AZAL-ın marketinq kommersiya və istehsalat idarəsinin direktoru Fuad Yusifov bildirib ki, reysin açılmasına səbəb Azərbaycanın prioritet siyasətlərindən biridir:

“Bunun üçün turizm və iqtisadi sahədə hər iki dövlətlərarası əməkdaşlıq üçün birbaşa uçuşların olması vacibdir. AZAL-ın Almatı şəhərinə uçuşlar yox idi. İqtisadi və turizm sahəsi nəzərə alınıb və reysin açılması üçün qərar verilib. Fikrimcə, bu reys hər iki dövlət arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcək”.

Almatı Qazaxıstanın “cənub paytaxtı” adlanır. Şəhər cənub paytaxtının bir növ “vizit kartı” olan inanılmaz gözəl qarlı dağlar - Alatau dağları platosunda yerləşir. Eyni zamanda, şəhərin özü geniş yaşıllıqlardan ibarətdir. Almatı gözəl istirahət və əyləncə üçün zəruri olan hər şeyə malikdir.

Fuad Yusifov qeyd edib ki, hər il müxtəlif ölkələrdə beynəlxalq turizm sərgiləri keçirilir:

“Aprelin 4-6-da Azərbaycanda turizm sərgisi keçiriləcək. Aprelin 17-19-da Almatı şəhərində turizm sərgisi olacaq. Ayın 17-də sərgidən sonra AZAL-ın təqdimat mərasimi baş tutacaq. Həm Azərbaycan, həm də Qazaxıstan tərəfindən turagentlər öz təkliflərini təqdim edəcəklər”.

“Gediş-gəliş qiyməti 320 dollar təşkil edir”, - deyə direktor qeyd edib.

Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərindən və www.azal.az saytından əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.

Bakucity.az

AZAL
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Bakıda 4 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz 30-34, Bakıda gecə 21-23, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəc...
Kriminal
Bakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən şəxsin kriminal avtoritet olduğu məlum olub.   BakuCity.az xəbər verir ki, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayev bıçaqlanaraq qətlə yetirilib. Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından o...
Cəmiyyət
Sabah Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək. Sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib. "Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən cidd...
Cəmiyyət
Sabahdan market və apteklər işləyəcək? Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.  BakuCity.az xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması və virusun törədə biləcəyi fəsadların min...
Cəmiyyət
Türkiyədən çox sayda həkim koronavirusa görə Azərbaycana gətirilib. “Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul-Bakı reysi ilə Türkiyədə təhsil alan 19 azərbaycanlı həkimi ölkəmizə gətirib. BakuCity.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev AzərTac-a müsahibəsində bildirib ki, TƏBİB-in prioritet məqsədlərindən biri də xarici ölkələrdə tibbi təhsil almış həkimləri...
Cəmiyyət
Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavir" preparatının ixracına başlayıb. BakuCity.az xəbər verir ki, bu dərman preparatları ilk növbədə Belarusa idxal olunacaq. Bundan başqa, "Avifavir"in Qazaxıstana ixracının həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, bir sıra Latın Amerikası ölkəsi ilə danışıqlar aparılır. Qeyd edək ki, "Avifavir" may ayında Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiq edilib. Bundan...
Cəmiyyət
Sərt karantin rejimi iyulun 20-dək uzadılıb. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və  Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir. BakuCity.az xəbər verir ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Go...
Kriminal
Bakıda qanunsuz fəaliyyət göstərən içki sexi aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 34 ünvanında fiziki şəxs İsmayılov İzayət İsmayıl oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində yoxlama keçirib. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı alkoqolsuz içkilərin istehsalı, saxlanması və satışı zamanı sanitar-gigiyena norma və qaydalarının, eləcə də...
Kriminal
Bakıda sərt karantin rejimini pozan növbəti obyekt aşkarlanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları Nəriman Nərimanov prospektində yerləşən "Əfsanə" kafesində karantin qaydalarına zidd olaraq keçirilən məclisin qarşısını alıb. BakuCity.az xəbər verir ki, paytaxt polisindən məlumata görə, kafe sahibinin dostu doğum gününü qeyd etmək üçün tanışlarını ora dəvət edib və məclis təşkil ediblər. Polisin əməliyyatı zamanı məclisin 27 i...