Çeçenistan Bakıda nümayəndəlik açacaq

Çeçenistan Bakıda nümayəndəlik açacaq, Javid

Bu barədə Ramzan Kadırov yazıb

Bakucity.az xəbər verir ki, Rusiya Federasiyasının Çeçenistan Respublikası Azərbaycanda nümayəndəlik açacaq. 

Bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "VKontakte" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, rəsmi Bakı və Qroznı Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılmasına dair razılıq əldə edib.

"Çeçenistan ilə Azərbaycan arasındakı münasibətlər qədim ənənələrə malikdir. Bunun təməlini Azərbaycan Prezidenti Heydər Əliyev və Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya qəhrəmanı Hacı Əhməd Kadırov qoyub", - Çeçenistan başçısı bildirib. (Report)

Bakucity.az

Çeçenistan Respublikası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər