Əlavə məlumatı DİM-in saytından ala bilərsiz.
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.
DİM-dən Bakucity.az-a verilən məlumata görə, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Əlavə məlumatı DİM-in saytından ala bilərsiz.
Bakucity.az