Prezident keçmiş naziri Bakıda rektor təyin etdi

Yeni rektor kimdir?

Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

2013-ci ilin oktyabrın 22-dən 2018-ci ilin aprelin 21-dək Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində işləyib. 

2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var. (Report)

Bakucity.az

Prezident İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
184 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Təxminən iki həftə əvvəl ölüb Bakıda evdən meyit tapılıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə ötən gün paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 1946-cı il təvəllüdlü Latkina İrina İvanovnanın çürümüş meyiti mənzilində aşkarlanıb. Meyit qonşuların kəskin qoxu hiss etməsindən sonra müəyyən olunub. Araşdırma zamanı İ.Latkinanın təxminən iki həftə əvvəl vəfat etdiyi məlum olub. Həmçinin oxu: Bakıda evdən çürümüş qadın meyiti t...
Cəmiyyət
Sürücü son anda xilas oldu Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.  BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.  Belə ki, evakuatorun üzərində olan dəmir parçası sürüşərək, arxadan gələn “Hyundai” markalı avtomobilin ön şüşəsindən girib. Daha sonra dəmir parçası minik maşınının sükanını qırıb, sürücü hadisədən son anda xilas ola bilib. BakuCity.az
Cəmiyyət
Kimin 100 min manatlıq evi varsa... Bakıda mənzilin birinin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır. 2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək. BakuCity.az xəbər verir ki, bunu iqtisadçı Əli Əhmədov "Sputnik Azərbaycan"a deyib. O bildirib ki, "İcbari sığortalar haqqında" qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir və bura obyektlə...
Cəmiyyət
Yağış yağdı, hərəkət çətinləşdi  Bakıda bir sıra yollarda uzun tıxaclar yaranıb. BakuCity.az xəbər verir ki, yağışlı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Nəticədə paytaxta gələn bir sıra yollarda, o cümlədən Bakı-Sumqayıt şosesində, Sabunçu-Zabrat yolunda böyük sıxlıq yaranıb. Paytaxtın bir sıra küçə və prospektlərində də, o cümlədən Afiyəddin Cəlilov, Nəcəfqulu Rəfiyev, 28 May, Dilarə Əliyeva küçələri, Heydər Əliyev, Babə...
Cəmiyyət
Son nəticədə vergi uçotunun aparılmasına nail olunacaq Azərbaycanda tikinti sahəsində yeni vergi rejiminin tətbiqinin mənzillərin satış qiymətinə əhəmiyyətli təsiri olmayacaq. BakuCity.az xəbər verir ki, bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov gələn ildən qüvvəyə minəcək Vergilər Məcəlləsindəki dəyişikliklərin mənzil bazarındakı qiymətlərə təsirini "APA-Economics"ə şərh edərkən bildirib. "Tikinti şirkətlərinin marjası əvvəlkinə nisbətən xeyli aza...
Hadisələr
Xəsarət alan var Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, Lamiyə Əbəçiyeva idarə etdiyi “Jeep” markalı avtomobillə Ziya Bünyadov prospektində işıqforun qırmızı işığında keçib. Bu zaman onun avtomobili Atatürk prospektində hərəkətdə olan və Elnur Məmmədovun idarə etdiyi “Range Rover” markalı nəqliyyat vasitəsinə çırpılıb. Həmçinin oxu: Bakıda təcili yardıma yol verməyən avtomobili...
Hadisələr
Polis gözyaşardıcı qazdan istifadə edib Bakının mərkəzində, Nizami küçəsi, Fəvvarələr meydanı deyilən ərazidə 2 gənc dekabr ayı, soyuq olmasına baxmayaraq, soyunaraq əllərində bıçaqla özlərinə xəsarət yetiriblər. BakuCity.az Real TV-yə istinadən xəbər verir ki, onları bu hərəkətindən çəkindirməyə çalışan ətrafdakı insanları da bıçaqla təhdid ediblər. Polisin xəbərdarlığına məhəl qoymayan xuliqanlar "tabe ol" əmrindən boyun qaçırıblar. Soyuq silahı əlindən...
Hadisələr
Bakıda yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az primetime.az-a istinadən xəbər verir ki, hadisə bir qədər əvvəl Sədərək bazarı yaxınlığında qeydə alınıb. Belə ki, "Chevrolet" markalı avtomobil əvvəlcə yoldakı dirəyə çırpılıb, daha sonra dərəyə aşıb. Məlumata əsasən, avtomobilin sürücüsü ağır xəsarət alıb. BakuCity.Az
Cəmiyyət
“Ləhiş bağları” yeni yaşayış massivindəki evlərə təbii qaz verilib Bu gün Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi “Ləhiş bağları” yeni yaşayış massivindəki 102 fərdi yaşayış evinə təbii qaz verilib. Bakucity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, qazlaşdırma işlərinə bu ilin oktyabrın 1-də başlanılıb və qaz çəkilişləri üçün ümumilikdə 11 min metrdə...