Bakıda şirkət direktoru həbs edildi

Bakıda şirkət direktoru həbs edildi, Javid

Yüksək vəzifəli şəxs barəsində cinayət işi başlandı

Bakucity.az xəbər verir ki, Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətin direktoru həbs edilib.

"Meqa-Siti Holdinq” MMC-nin direktoru Elnur Adil oğlu Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, həmin şirkətin təsisçisi Aqil Qədirov da bir müddət əvvəl həbs edilib. İttihama görə, həmin şəxslər inşa etdiyi yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar. (ONA)

Bakucity.az

həbs
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər