Bakı-Tbilisi-Qars qatarında 246 sərnişin yeri olacaq

Bakı-Tbilisi-Qars qatarında 246 sərnişin yeri olacaq, Javid

“Stadler” şirkətindən 30 vaqon sifariş edilib

Bakı-Tbilisi-Qars dəmiryolu xəttində hərəkət edəcək sərnişin qatarında 246 yer nəzərdə tutulub.

Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilib.

Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunub və 10 vaqondan ibarətdir. Qatarda doqquz sərnişin vaqonu, bir restoran var.

“Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub.

ADY 2019-cu ilin ikinci yarısından başlayaraq, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır.

Xəbər verildiyi kimi, ADY BTC ilə sərnişin daşınmasının təşkili məqsədilə “Stadler” şirkətindən 30 vaqon sifariş edib.

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Hazırda bu marşrut ilə yüklərin daşınması həyata keçirilir. İlkin mərhələdə BTC ilə 1 mln.-a qədər sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir.

Bakucity.az

Bakı-Tbilisi-Qars dəmiryolu xətti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər