Bakıda keçiriləcək "AITF" 2019 sərgisində hansı yeniliklər olacaq? - FOTO

Sərgi ilə bağlı mətbuat konfransı keçirilib.

Bakucity.az xəbər verir ki, 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı 3 aprel 2019-cu il tarixində saat 11:00-da “Hyatt Regency” mehmanxanasının "Şamaxı" zalında (Bakixanov küçəsi, 1) sərgi təşkilatçılarının iştirakı ilə gerçəkləşib.

Konfransda "ITE" Qrup şirkətinin regional direktoru Edvard Stron, layihə rəhbəri Lalə Hüseynova, tədbirlər üzrə menecer Züleyxa Rüstəmova və Azərbaycan Respublikası Dövlət Turiz Agentliyinin mətbuat katibi Kənan Quluzadə çıxış edib.

Edvord Stron qeyd edib ki, sabah baş tutacaq turizm sərgisi biznes mövsümünün açılışıdır və növbəti 3 ay ərzində 6 sərgi həyata keçiriləcək:

“Kənd təsərüfatı, eyni zamanda neft qaz, nəqliyyat sərgiləri növbəti bir neçə ay ərzində Azərbaycana 1000-dən çox şirkət gətirəcək və toplam olaraq 5 min iştirakçı gözləməkdəyik. İşgüzar turizmin əsas kompanenti olan sərgilər böyük önəm daşıyır və bununla bağlı məmnuniyyət hissi duyuram ki, AITF sərgisi mövsümün açılışını edir. “Bütün dünya. Bir sərgi” şüarı altında keçirilən “AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət iştirak edir. Bu il sərgidə Çin də iştirak edəcək. Builki sərgini fərqləndirən cəhət onun artıq Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus” Sərgisi ilə eyni platformada keçirilməsidir”.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, Dövlət Turizm Agentliyi Azərbaycanın yeni brendidir və yeni konsepsiya - “Bir daha bax” (“Take another look”) şüarı ilə təmsil olunmaqda davam edir:

“Azərbaycan Dövlət Turizm Agentliyi artıq Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Rusiyada, Londonda, Almaniyada, Çində, Hindistanda və digər ölkələrdə nümayiş etdirilir və yaxın vaxt ərzində 20-ə yaxın beynəlxalq sərgidə təmsil olunmaq, Azərbaycanın turizm  potensialını təbliğ etmək fikrindəyik. Əlbəttə ki, Azərbaycanda keçirilən və Azərbaycan turizminə dəstək ola biləcək hər bir tədbiri, həmçinin sərgini dəstəkləyirik. Ümid edirik ki, bu sərgi yeni formalaşan turizm sənayesinə öz töhvəsini verəcək. Ötən il Azərbaycana gələn qonaqların sayı 2 milyon 800 mindən çox olub, onlar ümumilikdə ölkəmizdə təxminən 2 milyard dollar pul xərcləyiblər. Bu ilin 2 ayı ərzində 360 mindən çox turist Azərbaycana qonaq gəlib”.

K. Quluzadə KİV nümayəndələrinə agentliyin əsas istiqamət bazarlarının artımı barədə də məlumat verib:

“Əsas istiqamət bazarlarımızdan ilk növbədə yaxın qonşularımız olan Gürcüstan və Rusiya Azərbaycana vətəndaş göndərir. Son illərdə Yaxın Şərq bölgəsindən ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur. Ötən illə müqaisədə son 2 ayın nəticələrinə görə Cənubi Asiya bölgəsindən gələn turistlərin sayında 70%, Mərkəzi Asiya bölgəsindən təxminən 30%, ümumilikdə isə 15 bazar üzrə artım var. Agentlik dekabrdan etibarən 6 ölkədə rəsmi turizm təmsilçiliyi açıb və demək olar ki, bütün prioritet bazarları əhatə etməyə çalışmışıq. Yaxın vaxt ərzində Cənubi Koreyada, Londonda və əlavə 2 ölkədə daha 4 xarici nümayəndəlik açılacaq. Əsas məqsədimiz 2018/2023-cü il üçün nəzərdə tutulan turizm inkişaf konsepsiyasına uyğun olaraq Azərbaycana gələn turistlərin sayını təxminən 2 dəfə artırmaqdır. Dövlət Turizm Agentliyi olaraq ümid edirik ki, Azərbaycanda keçirilən turizm sərgisi də yeni çağırışlara uyğun olaraq fəaliyyət göstərəcək və Azərbaycanda gəlmə turizmin təbliğatına xidmət edəcək”.

Layihənin rəhbəri Lalə Hüseynova qeyd edib ki, sərgidə ənənəvi olaraq müxtəlif ölkələrin turizm bazarları, milli və regional turizm təşkilatları, eləcə də dövlət strukturlarının nümayəndələri bir araya gələcəklər: 

“Bu il tədbirdə debüt edən Azərbaycan Turizm Bürosu Azərbaycanın yenilənmiş turizm brendini öz stendində təqdim edir. Azərbaycanının turizm şirkətlərini, eləcə də otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təkliflər silsiləsini təqdim edəcək. Sərgidə Belarus, Bolqarıstan, Çex Respublikası, Çin, Dominikan Respublikası, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları və səfirlikləri tərəfindən göstərilən dəstək sayəsində sərgidə iştirak edəcək. Roqashka Stalina (Sloveniya), Stavropol Regionu (Rusiya), Odesa, Truskovets və Lvovun kollektiv stendi (Ukrayna), İzmir (Türkiyə) regionları sərgidə regional stendlə çıxış edirlər. İranın Maku Azad Ticarət zonası isə sərgidə regional stendlə debüt edir. Milli və regional stendlərdə kurort və sanatoriyalar, turizm şirkətləri və mehmanxana şəbəkələrinin nümayəndələri çalışacaqlar. Tədbirin daimi iştirakçısı Dominikan Respublikası Turizm Nazirliyi iştirakçı ölkələr arasında seçilmək və öz turizm istiqamətini daha parlaq şəkildə təqdim etmək məqsədi ilə “AITF 2019” sərgisinin sponsoru qismində çıxış edəcək”. 

Tədbirlər üzrə menecer Züleyxa Rüstəmova sərgi çərçivəsində “Nəsimi ili” ilə bağlı layihənin həyata keçiriləcəyini də bildirib:

“2019-cu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə “Nəsimi ili” elan edilib. Bu münasibətlə sərginin üç iş günü ərzində qonaqlara “Nəsimi tarixi və yaradıcılığına səyahət” etmək və bununla da dahi şairin əziz xatirəsini yad edərək Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı yaradılacaq. Layihə “Libraff” kitab mağazaları şəbəkəsinin dəstəyi ilə keçiriləcək. Sərginin birinci günü Amerika Ticarət Palatasının (AMCHAM) təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək “Azərbaycanda turizm: Yeni üfüqlər” adlı müzakirə sessiyası keçiriləcək. “Dəyirmi masa” ətrafında aparılacaq müzakirələrin iştirakçıları turizm sənayesinin mütəxəssisləri və peşəkar tədbir təşkilatçıları olacaqlar. Bu tədbir əsnasında onlara ümumi işin gələcəkdə optimallaşdırılması və birinci sinif xidmətlərin təqdim edilməsi üçün aktual sənaye mövzularını müzakirə etmək imkanı yaradılacaq. Layihənin sponsoru isə Bakı Konqres Mərkəzidir. Aprelin 5-də “B2B” formatlı görüş platforması öz işinə başlayacaq. Burada xarici sərgi iştirakçıları turizm və istirahət sahəsində yerli tərəfdaşları tapmaq məqsədilə 30 yerli turizm şirkəti ilə görüşəcəklər. Hal-hazırda sistemdə 100-dən çox görüş təyin olunub. Həmin gün “Səyyahlarla Dünya Turu” seminarında sərginin qonaqları dünyaya səyyahların gözü ilə nəzər sala biləcəklər. Təşkilatçıların bu yeni layihəsi çərçivəsində səyahət bloqerləri İradə Qədirova “Ekoturizm- Azərbaycanda turizmin yeni istiqaməti kimi”, Orxan Aslanov “Rəsmli Səyahətlər”, Fərid Novruzi “Planetimizin unikal yerləri”, Emin Dostiyari “Həm Ziyarət, Həm Ticarət” mövzuları ilə çıxışlarında öz səyahət təcrübələrini, faydalı məsləhətlərini və əyləncəli xatirələrini bölüşəcəklər. Sərginin sonuncu iş günü – 6 aprel tarixində Bakı Ekspo Mərkəzinin foyesində sərginin ziyarətçi və iştirakçıları üçün “Səyahət Əhvalı” festivalı təşkil ediləcək. Xarici iştirakçılar müxtəlif incəsənət növləri – rəqslər və bədii-mədəni çıxışları vasitəsi ilə öz ölkələrinin mədəniyyətini təqdim edəcək və bununla da sərginin sonuncu iş gününü bir-birindən maraqlı səhnəciklər və xoş əhval-ruhiyyə ilə başa vuracaqlar”.

Qeyd edək ki, 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi öz işinə 4 aprel tarixində Bakı Ekspo Mərkəzində başlayacaq və 6 aprel tarixinə kimi davam edəcək.

“AITF” sərgisi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Milli Turizm Təbliğat Bürosunun, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “ASK” və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə keçirilir.

Ramilə Qardaşxanqızı

Bakucity.az

AITF
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Bakıda 9 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Ab...
Cəmiyyət
"17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bəpa olunması müzakirə olunur. Bundan bir həftə sonra isə rayonlara gediş-gəlişin bərpa edilməsi istiqamətində fikir mübadiləsi aparılır". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövs...
Cəmiyyət
"Bir çox ölkələrin strategiyasında məhz nəqliyyatın məhdudlaşdırılmasından istifadə olunur ki, yoluxma artmasın. Biz də buna məcburuq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövsümov bildirib ki, metroda virusun yayılması ehtimalı daha yüksək olduğuna gör...
Cəmiyyət
“İyul ayında ölkədə koronavirusa yoluxanların sayında müəyyən artım müşahidə edildi. Bu, iyulun 14-də kütləvi şəkildə küçələrdə maskasız, məsafəsiz yürüş etməklə əlaqələndirilə bilər”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. Şahmar Mövsümovun sözlərinə görə, Bakı küçələrində çəkilmiş şəkillərdən də sıxlıq a...
Cəmiyyət
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandı...
Cəmiyyət
Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib. Qurumdan BakuCity.az-a verilən məlumata görə, Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qər...
Cəmiyyət
“Sədərək” və “Binə” ticarət mərkəzi bağlı qərar qəbul edilib. Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyib. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb. (report) BakuCity.az
Cəmiyyət
COVID-19 infeksiyasının ürəyə təsirləri barədə aparılan elmi tədqiqatın nəticələri məlum olub. BakuCity.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib. Nuran Abdullayevin sözlərinə görə, virusun ürəkdə yaratdığı problemlərlə bağlı müxtəlif elmi tədqiqatlar aparılsa da, son günlər bununla bağlı çox vacib məqamlara toxunulan el...
Cəmiyyət
Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək. BakuCity.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı ik...