Bakıda təcili yardım maşını qəzaya düşdü - VİDEO

Bakıda təcili yardım maşını qəzaya düşdü - VİDEO, Javid

Hadisənin görüntüləri yayılıb

Bakucity.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl Bakıda təcili tibbi yardım avtomobilinin iştirakı ilə qəza baş verib. 

Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Məlumatlara görə, qəza Karl Marks dairəsi yaxınlığında qeydə alınıb. 

Hadisə zamanı 99-JH-806 dövlət nömrə nişanlı “Mercedes” markalı təcili tibbi yardım maşını “KİA” markalı avtomobillə toqquşub. Qəzadan sonra təcili yardım maşını yol kənarındakı dirəyə çırpılıb. 

Hadisə ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, qəzaya uğrayan təcili yardım maşını Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım xidmətinə məxsus olub.

“Qəza zamanı maşında xəstə olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur”, - məlumatda qeyd edilib.  (Oxu.az)

Bakucity.az

qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər