Bakının bu kəndində 3 gün ərzində 13 ev qarət edilib

Bakının bu kəndində 3 gün ərzində 13 ev qarət edilib

Qarət olunanlar arasında AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri də var

Bakucity.az xəbər verir ki, martın 18-dən 21-dək olan müddətdə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində 13 bağ evi qarət olunub. 

Qarət olunan evlər sırasında AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın evi də var.

Oğurluğa gələnlər əsasən, su motorlarını, generatorları və kombi sistemlərini aparıblar.

Zərərçəkənlər ərazi üzrə 14-cü polis bölməsinə ərizə ilə müraciət edib. 

Məlumatı X. Quliyeva verib.

Bakucity.az

oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər