Bakıda restoranda atışma: yaralananlar var

Bakıda restoranda atışma: yaralananlar var

Yeyib-içən qohumlar arasında mübahisə düşüb

Bakucity.az xəbər verir ki, Binəqədi rayonu Çeşməli restoranında yeyib-içən qohumlar arasında düşən mübahisə nəticəsində güllələnmə hadisəsi baş verib. 

Məlumata görə, hadisə zamanı 2 nəfər xəsarət alıb. 37 yaşlı Elçin Nəbiyev əlinin deşilmiş kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Kəllə beyin travması alan 44 yaşlı Vəli Nəbiyev KTM-ə yerləşdirilib.

Səhiyyə Nazirliyindən ONA-ya bildiriblər ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Bakucity.az

yaralı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər