Bakıda “Adamlar və siçanlar” yenidən nümayiş olunacaq

Bakıda “Adamlar və siçanlar” yenidən nümayiş olunacaq, Javid

İnklüziv “ƏSA” teatrı yenidən tamaşaçılarla görüşəcək.

Bakucity.az xəbər verir ki, bu barədə teatrın baş meneceri Nicat Qulam məlumat verib.

Onun sözlərinə görə, teatrın repertuarından tamaşaçılara yaxşı tanış olan “Adamlar və siçanlar” tamaşası aprelin 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində yeni interpretasiyada təqdim olunacaq: “Adamlar və siçanlar. Fermadan qaçış” adlanan yeni versiyada tamaşaçılar üçün sürpriz sonluq hazırlanır. Belə ki, Con Steynbekin müəllifi olduğu əsər quruluş dəyişikliyi ilə daha maraqlı və gözlənilməz sonluqla bitəcək”.

Qeyd edək ki, Nobel mükafat laureatlı yazıçı Con Steynbekin “Adamlar və siçanlar” əsərinin motivləri əsasında hazırlanan tamaşa paytaxtımızla yanaşı, Naxçıvanda da nümayiş olunub. Bu dəfə isə tamaşaçıların çoxsaylı xahişlərini nəzərə alan teatr populyar tamaşaya yeni əlavələr etməklə təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur. Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lalayev, Fərid Əliyev, Günay Məmmədova və Əlisahib Məmmədli ifa edəcək.

Tamaşaya biletləri şəhərimizin bütün kassalarında, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iTicket.az”dan onlayn əldə edə bilərsiniz. (AzərTac)

Bakucity.az

“ƏSA” teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər