Bakıdakı peşə məktəbləri faydalı təhsil verə bilirmi? – ARAŞDIRMA

Peşə təhsili mərkəzlərində hansı yeniliklər edilməlidir? 

Hazırkı dövrdə ölkə iqtisadiyyatının, sənayenin və kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var və ekspertlər təsdiqləyir ki, bu ehtiyacı ödəmək üçün peşə təhsili müəssisələrində sahə kadrları hazırlanmalıdır. Bakucity.az bu dəfə məhz bu mövzunu araşdırıb. Bakıda peşə məktəbləri nə dərəcədə funksionaldır? Əvvəlki dövrlə müqayisədə peşə məktəblərinin prestiji artıb, yoxsa azalıb?  Paytaxt sakinləri peşə məktəblərinə maraq göstərirlərmi? Peşə məktəblərinin prestijinin artırılması istiqamətində hansı işlər görülməlidir? Bu sualları təhsil üzrə ekspert Kamran Əsədov cavablandırıb. Materialı oxuculara təqdim edirik.

Ekspert: “Sənaye məktəblərinin yanında peşə kursları da olmalıdır” 

Saytımıza açıqlama verən ekspert Kamran Əsədov peşə məktəblərinin inkişafı məsələsinə toxunaraq qeyd edib ki, bu sahədə inkişaf insan kapitalının inkişafı üçün də əhəmiyyətlidir və dövrün tələbatına uyğun peşələr cəmiyyət üçün maraqlıdır. Ekspert hazırda açılan sənaye məktəblərinin yanında peşə kurslarının da olmasını vacib hesab edir. Peşə məktəblərində tədris edilən peşələrlə bağlı isə gənclər arasında təbliğat aparılmalıdır: 

“Bu, gənclərin gələcək yoluna işıq tutar. Yəni onlar həmin sahəni öyrənəndən sonra gələcəkdə işlə təmin olunacaqlarını və kifayət qədər yaxşı məvacib alacaqlarını da bilməlidirlər. Bu da onlarda həmin sahələrə, ümumən peşəyə stimul yaradar. Bir vacib məsələni də qeyd edim ki, hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil. Peşə-ixtisas təhsilinin məzmunu təhsilalanın, cəmiyyətin, dövlətin maraq və tələblərini, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, təhsilalanların yaş, fizioloji və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla onların dünyagörüşünün formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini, müstəqil, yaradıcı şəxsiyyət kimi əmək fəaliyyətinə hazırlanmasını, cəmiyyətin faydalı üzvünə çevrilməsini və azərbaycançılıq ideyalarına sadiqliyini təmin edir. Amma indiyə qədər mövcud olan müddət təhsil alanların peşəkar kadr kimi formalaşmasına yetərli deyil". 

Ekspert qeyd edib ki,  ixtisaslı mütəxəssislər ilk peşə təhsili üzrə aldıqları bilikləri praktikada tətbiq edəcək və bunun nəticəsində xüsusilə kənd təsərrüfatı güclənəcək, əkin sahələri genişlənəcək. O cümlədən qeyri-neft sektoru hesabına ölkə iqtisadiyyatı yüksələcək: 

“Bu inkişaf meyvə-tərəvəzin daha çox istehsalına gətirib çıxaracaq. Yəni artıq bizim xaricdən geni dəyişmiş məhsullar almağa ehtiyacımız qalmayacaq. İqtisadiyyatın inkişafı həm də yerli məhsullar hesabına sağlamlığın təminatına səbəb olacaq. Xüsusən kənd təsərrüfatı sahəsində bir sıra peşələrin – üzümçülük, pambıqçılıq, maldarlıq və s. sahələrlə bağlı peşə təhsilinin inkişafına, o cümlədən kadrların hazırlanmasına ehtiyac var. 

K. Əsədov qeyd edib ki, müasir şəraitdə əmək qabiliyyətli yaş dövrünə qədəm qoyan nəslin əmək karyerasının təmin edilməsində peşə təhsili sistemi əhəmiyyətlidir. O, əlavə edib ki, müəyyən sənaye potensialına malik olan ölkələrin əksəriyyətində peşə təhsili sistemi özünəməxsus yer tutur:

“Müasir dövrün tələblərinə görə peşə-ixtisas təhsilinin məzmunu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğun olmaqla nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirilir və təhsilalanlara müstəqil həyatda lazım olacaq zəruri bilik və bacarıqların aşılanmasını təmin etməlidir. Hal hazırda qüvvədə olan müddətlə peşə təhsilində təhsil alan gənc peşənin mahiyyətini və sosial əhəmiyyətini dərk etmədən onu bitirmiş olurdu. 1 il ərzində peşə təhsili alan tələbə İKT-dən istifadə etmək bacarığına demək olar ki, yiyələnmirdi, iş şəraitini təhlil etməyi, cari və yekun nəzarəti həyata keçirməyi, fəaliyyətini qiymətləndirməyi və korreksiya etməyi, işin nəticəsinə görə məsuliyyət daşımaq kimi ciddi bacarıqlara yiyələnmirdi, komandada işləməyi və cəmiyyətdə işəgötürənlərlə faydalı ünsiyyət qurmağı bacarmırdı. Çünki təhsil müddəti buna yetərli deyildi. Ona görə də peşə təhilini bitirənlər əmək bazarının tələbinə cavab verən işçi qüvvəsinə çevrilmirdi”.

“Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir”

Ekspertin fikrincə, sadalanan problemləri aradan qaldırmaq məqsədilə peşə-ixtisas təhsili haqqında dövlət sənədi – diplom və tam orta təhsil haqqında dövlət sənədi – attestat alan şəxslərə birbaşa ali məktəblərə eyni ixtisas üzrə qəbul olmaq hüququ vermək lazımdır. Onun fikrincə peşə məktəblərində təhsil müddətinin artırılması peşə təhsilinin keyfiyyətini də artıra bilər.

 "Avropada peşə məktəbləri, - ekspert davam edir; iqtisadiyyatın əsas gücü sayılır. Buna görə də, Qərb hökumətləri keyfiyyətli və təminatlı tədris üçün peşə məktəblərinin inkişafı yolunda hər cür şərait yaradır. Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir, Azərbaycanda isə bu rəqəm 10 faizin altındadır. Son illərdə Təhsil Nazirliyi tərəfindən edilən dəyişiklik peşə təhsilinin müasir çağırışlara cavab vermə istiqamətində mühüm addımdır. Həyata keçirilən islahatlar nəticəsində ümid edirəm ki, bu sahə əmək bazarının tələbinə və müasir standartlara cavab verəcək vəziyyətə gəlib çıxacaqdır”.

Hazırda Bakı Azərbaycanda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi sahəsində ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Strateji Yol Xəritəsində qarşıdakı dövrdə peşə təhsili və təlimi sektoru üzrə normativ hüquqi, iqtisadi və informasiya bazasının təmin edilməsi, peşə-ixtisas təhsilinin yeni pozitiv imicinin formalaşdırılması, peşə təhsili sisteminin özəl sektor üçün cəlbediciliyinin artırılması, müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik peşə-ixtisas təhsili müəssisələrinin formalaşdırılması məsələləri yer alıb. Həmçinin sənəddə peşə-ixtisas təhsili sistemində əmək bazarının tələblərinə cavab verə bilən mühəndis-pedaqoji kadrların hazırlanması, peşə-ixtisas təhsili müəssisələrinin məzunlarının işlə təminatının yüksəldilməsi kimi strateji məqsədlərə nail olunması nəzərdə tutulub.

Bakıdakı peşə təhsili müəssisələrinin siyahısı:

Peşə təhsili müəssisələri

1

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

2

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

3

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

4

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

5

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

6

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

7

Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

8

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

9

Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

10

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

11

16 nömrəli Bakı Peşə Məktəbi (Cəzaçəkmə müəssisəsində)

12

17 nömrəli Bakı Peşə Məktəbi

13

18 nömrəli Bakı Peşə Məktəbi

14

19 nömrəli Bakı Peşə Məktəbi

15

20 nömrəli Bakı Peşə Məktəbi

16

21 nömrəli Bakı Peşə Məktəbi

17

22 nömrəli Bakı Peşə Məktəbi (Cəzaçəkmə müəssisəsində)

Qeyd edək ki, peşə təhsil müəssisələri Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə tabedir və hal-hazırda Bakı şəhərində 17 peşə təhsil mərkəzi rəsmi fəaliyyət göstərir.  9 peşə məktəbi, 7 peşə liseyləri,  Bakı Kompüter Peşə Liseyi və Abşeron Binə Peşə Liseyi isə ləğv edilib, amma təhvil-təslim aparılmadığına görə müvəqqəti fəaliyyət göstərməktədir. 

Ramilə Qardaşxanqızı

Bakucity.az

peşə məktəbləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
BNA pandemiya zamanı görülən işlərlə bağlı əhaliyə müraciət edib. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Bakı Nəqliyyat Agentliyindən (BNA) BakuCity.az-a bildirilib ki, pandemiya zamanı hökumətin diqqətdə saxladığı əsas məsələlərdən biri də Bakı şəhərində əhalinin,...
Kriminal
Paytaxtın Suraxanı rayonunda qardaş qardaşı öldürüb. Avqustun 8-də Suraxanı rayonu ərazisində Səfa Eynullayevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub. BakuCity.az xəbər verir ki, Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Ci...
Hadisələr
Bakıda polisə soyuq silahla xəsarət yetirilib. BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb. Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəx...
Siyasət
"Azərbaycan Ordusu daha güclüdür və yaxşı təchiz olunub, amma..." Rusiya Hərb Elmləri Akademiyasının rəyasət heyətinin üzvü, hərb elmləri doktoru, bir sıra müharibələrin veteranı, general-leytenant Sergey Çvarkova görə, Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək mümkün deyil. Amma Rusiyanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü siyasətin sayəsində az qala 30 ildir ki, münaqişə nəzarət altındadır və onun ifrat kəskinləşməsinə imkan verilmir. “Dağlıq Qarab...
Kriminal
Ermənilər Gürcüstanda iğtişaşlar törədib, 5 bina yandırılıb. Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib. BakuCity.az xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub. Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar. Yandırılan binaların sahibinin gənc...
Ekologiya
Bakıda 9 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Ab...
Cəmiyyət
"17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bəpa olunması müzakirə olunur. Bundan bir həftə sonra isə rayonlara gediş-gəlişin bərpa edilməsi istiqamətində fikir mübadiləsi aparılır". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövs...
Cəmiyyət
"Bir çox ölkələrin strategiyasında məhz nəqliyyatın məhdudlaşdırılmasından istifadə olunur ki, yoluxma artmasın. Biz də buna məcburuq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövsümov bildirib ki, metroda virusun yayılması ehtimalı daha yüksək olduğuna gör...
Cəmiyyət
“İyul ayında ölkədə koronavirusa yoluxanların sayında müəyyən artım müşahidə edildi. Bu, iyulun 14-də kütləvi şəkildə küçələrdə maskasız, məsafəsiz yürüş etməklə əlaqələndirilə bilər”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. Şahmar Mövsümovun sözlərinə görə, Bakı küçələrində çəkilmiş şəkillərdən də sıxlıq a...