Beynəlxalq Valyuta Fondunun heyəti Bakıya niyə gəlir?

Beynəlxalq Valyuta Fondunun heyəti Bakıya niyə gəlir?, Javid

Səfər zamanı missiya ölkə rəhbərliyi ilə görüşlər keçirəcək. 

Bakucity.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti yayda Azərbaycana gələcək. 

Bununla bağlı “RİA Novosti” agentliyi Bakıdakı diplomatik mənbəyə istinadən xəbər yayıb. 

Səfər zamanı missiya ölkə rəhbərliyi ilə görüşlər keçirəcək. 

“Nümayəndə heyəti bəzi məsələləri müzakirə etmək üçün Bakıya rəsmi səfər edəcək”, - mənbə bildirib və qeyd edib ki, səfərin dəqiq vaxtı yaxın həftələrdə müəyyənləşəcək. 

Qeyd edək ki, BVF-nun Bakıdakı ofisi 1992-ci ildə açılıb. Azərbaycan 2005-ci ildən maliyyələşmə ilə bağlı BVF-na müraciət etməyib, hazırda Bakı və fond makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə məsləhətləşmələr aparır və texniki yardım missiyalarında əməkdaşlıq edir. (Oxu.az)

Bakucity.az

Beynəlxalq Valyuta Fondu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər