Bakının bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, Javid

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bakucity.az xəbər verir ki, bu gün gecə saatlarından başlayaraq sabah axşam saatlarına qədər Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Yəhyə Hüseynov küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. 

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir. Məhdudiyyət sözügedən küçənin Məmməd Səid Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməsinə qədər (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək. 

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bakucity.az

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər