Bakıda 2 kredit təşkilatının lisenziyası ləğv edildi

Bakıda 2 kredit təşkilatının lisenziyası ləğv edildi, Javid

Ölkədə BOKT-ların sayı 46-dan 43-ə düşüb.

Bakucity.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 3 bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.

Bunlar Bakıda fəaliyyət göstərən "Kredit House" və "Mədəd Kredit", eləcə də Lerik rayonunda fəaliyyət göstərən "Azəri Finans" MMC-lərdir.  

Son nəticədə ölkədə BOKT-ların sayı 46-dan 43-ə düşüb. (“Report”)

Bakucity.az

Maliyyə Bazarlarına Nəzarət Palatası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər