Bakıdakı yanğında zərər çəkmiş sahibkarlardan sənəd qəbuluna başlanılıb

Bakıdakı yanğında  zərər çəkmiş sahibkarlardan sənəd qəbuluna başlanılıb, Javid

Sahibkarlardan sənədlərini agentliyə təqdim etmələri xahiş olunub

Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi barədə Azərbaycan  Prezidentinin Sərəncamına uyğun olaraq sahibkarlara maddi yardım göstərilməsi qaydası təsdiq edilib və dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, aprelin 4-dən etibarən Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. Yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan sənədlərini Agentliyə təqdim etmələri xahiş olunur.

Bakucity.az

“Diqlas” ticarət mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər