Bakıda qız üstündə kütləvi dava düşdü - VİDEO

Bakıda qız üstündə kütləvi dava düşdü - VİDEO, Javid

Bakının Bakıxanov qəsəbəsində kütləvi dava olub. 

Bakucity.az minval.info-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir neçə gəncin yumruq davasına çıxdığı görünür. Onlar bir-birilərinə zərbələr endirib, təhqir edirlər.

İddialara görə, dava qız üstündə düşüb.  Y.Əliyev və S.Mehmandarov küçələrinin kəsişməsində toqquşan gənclər dava etməyə başlayıblar.

Yaşları 15-18 arasında dəyişən onlarla gənci ətrafdakılar seyr etməklə kifayətlənib.

Qeyd edək ki, təhqir dolu sözlər olduğu üçün videonu səs olmadan təqdim edirik.

Bakucity.az

kütləvi dava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər