Tədbirdə millət vəkilləri və tanınmış simalar iştirak edib
Bakucity.az xəbər verir ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbin şagirdləri üçün xeyriyyə aksiyasi keçirilib.
Bu barədə AQSİA-nın sosial iş komissiyasının rəhbəri Gülnarə Xəlilova məlumat verib.
AQSİA-nın İdarəetmə şurasının sədri Səkinə Babayeva, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Milli Məclisin deputatları Adil Əliyev, Elman Məmmədov, Flora Qasımova, məktəbin direktoru Fiqurə Rüstəmova, iş adamı və ictimai xadim Əli Hənifəyev, yazıçı Arzu Soltan çıxışlarında qeyd ediblər ki, dövlət qaçqın və məcburi köçkünlərə böyük diqqət və qayğı göstərir, böyüyən nəslin inkişafı üçün hər cür şərait yaradır, cəmiyyətdə isə xeyriyyəçilik təkcə təmənnasız köməyin aktual və geniş təzahürünə deyil, həm də hər bir insanın daxili tələbatına çevrilib.
Uşaqlara hədiyyələr verilib, əməkdar artist Tünzalə Ağayeva və müğənni Samirə Əfəndiyevanın iştirakı ilə konsert proqramı, nağıl qəhrəmanlarının teatrlaşdırılmış səhnələri göstərilib. Qonaqlar, həmçinin Xocalı şəhər məktəbi, təhsil şəraiti və istedadlı uşaqların qabiliyyət səviyyələri ilə tanış olublar.