Bakıda araq və pivə istehsalı kəskin artıb

Bakıda araq və pivə istehsalı kəskin artıb

70,7% artım var

Bakucity.az xəbər verir ki, bu ilin yanvar-fevral aylarında Bakı üzrə arağın istehsalı ötən ilin eyni dövrü ilə müqaisədə 8,3 dəfə artaraq 148,1 min dekalitrə çatıb. 

Məlumatı Bakı Şəhər Statistika İdarəsi yayıb.

Belə ki, hesabat dövründə Bakıda 23,9 dekalitr pivə istehsal edilib. Bu isə keçən ilin müvafiq dövrünə nisbətdə 70,7% çoxdur.

İçki və tütün məmulatlarının istehsalı:

Məhsul növləri

2019-cu ilin yanvar-fevral aylarında istehsal edilib

Əvvəlki ilin yanvar-fevral aylarına nisbətən (faizlə)

 01.03.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı

İçki məhsulları

Araq (min dkl)  

148,1

8,3 d.

56,2

Pivə (min dkl)

23,9

170,7

8,4

Alkoqolsuz içkilər (min dkl)

2 200,1

139,1

564,0

Tütün məmulatları

Papiros və siqaretlər

(mln. ədəd)                                 

120,1

91,2

0,1

artım
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər