“Quş dili” Bakıda yenidən göstəriləcək

“Quş dili” Bakıda yenidən göstəriləcək

Əsərdə uzaq dağ kəndlərindən birində cərayən edən hadisələr işıqlandırılıb

Bakucity.az xəbər verir ki, “YUĞ” Dövlət Teatrı aprelin 7-də   “Quş dili” tamaşasını təqdim edəcək.

Tamaşanın müəllifi - rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi -Təranə Vahiddir.

Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova iştirak edəcək.

Əsərdə uzaq dağ kəndlərindən birində cərayən edən hadisələr işıqlandırılıb.

Bir gecə kəndə Əzrayıl gəlir və bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, insan laqeydliyi qədər amansız deyil - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır. Tamaşada cavab yoxdur, maraqlı suallar var.

Bakucity.az

quş dili
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər