Bakıda Vaqif Mustafazadənin əsərləri səsləndirildi

Bakıda  Vaqif Mustafazadənin əsərləri səsləndirildi

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb

Bakucity.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anadan olmasının 79-cu ildönümü münasibətilə konsert keçirilib.

Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Gecədə V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında maraqlı konsert proqramı təqdim olunub.

Konsertdə caz, reqtaym, blüz janrlarında caz orkestrinin müşayiəti ilə əsərlər ifa edilib, həmçinin və məktəbin rəssamlıq şöbəsi şagirdlərinin musiqi mövzusunu əks etdirən rəsm işlərindən ibarət sərgi nümayiş olunub.

Bakucity.az

Vaqif Mustafazadə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər