Bakıda Vaqif Səmədoğlu Mərkəzi yaradıldə

Bakıda Vaqif Səmədoğlu Mərkəzi yaradıldə

Birliyin sədri mərhum şairin həyat yoldaşı Nüşabə Vəkilovadır

Bakucity.az xəbər verir ki, Bakıda ərhum şair Vaqif Səmədoğlunun adını daşıyan Mərkəz yaradılıb.

Bu barədə Vaqif Səmədoğlu Mərkəzinin təsisçilərindən olan hüquqşünas Səməd Vəkilov məlumat verib.

S. Vəkilovun sözlərinə görə, "Vaqif Səmədoğlu Mərkəzi" İctimai Birliyi Ədliyyə Nazirliyin bu il fevralın 13-də keçirilmiş kollegiyasında rəsmi qeydiyyatdan keçib.

İctimai Birliyin sədri mərhum şairin həyat yoldaşı Nüşabə Vəkilovadır.

Hüquqşünas bildirib ki, Mərkəz xalq şairi Vaqif Səmədoğlu irsinin öyrənilməsi ilə yanaşı, Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı tədbirlər, müxtəlif layihələr həyata keçirəcək.

Bakucity.az

Mərkəz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər