Bakıda “Manqurt” nümayiş ediləcək

Bakıda “Manqurt” nümayiş ediləcək

Tamaşa Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb

Bakucity.az əbər verir ki, aprelin 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının A.M.Şərifzadə adına səhnəsində “Manqurt” tamaşası nümayiş olunacaq.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcək.

Bakucity.az

Manqurt
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər