Bakıda sürücülük vəsiqələri dəyişdiriləcək

Bakıda sürücülük vəsiqələri dəyişdiriləcək, Javid

Qanununda dəyişikliklər edilib.

Bakucity.az xəbər verir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Nazirlər Kabinetinin yaydığı məlumata əsasən, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilib.

Həmçinin, traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq ediləcək.

Bakucity.az

sürücülük vəsiqələri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər