Bakıda dəfələrlə evdən qaçan 14 yaşlı qız yenə qaçdı

Bakıda dəfələrlə evdən qaçan 14 yaşlı qız yenə qaçdı, Javid

Bakıda daha bir yeniyetmə itkin düşüb.

Bakucity.az Trend-ə istinadən məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.

2005-ci il təvəllüdlü Tağızadə Mələk Yadigar qızı aprelin 3-də yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi ev 2, mənzil 3-dən çıxaraq geri qayıtmayıb.

Onunla birgə yaşayan 2000-ci il təvəllüdlü bacısı Tağıyeva Sevda Yadigar qızı bildirib ki, M.Tağızadə əvvəllər də bir neçə dəfə evdən gedib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bakucity.az

itkin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər