Bakı Dövlət Universitetinin rektoru ad gününü tələbələrlə keçirdi - FOTO

Elçin Babayev ad gününü universitetin yataqxanasındakı tələbələrlə keçirib.

Bakucity.az xəbər verir ki, Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev ad gününü universitetin yataqxanasındakı tələbələrlə keçirib. 

Bununla bağlı universitetin sosial şəbəkə səhifəsində məlumat verilib. 

Bildirilib ki, rektor yataqxanadakı şəraitlə tanış olub və tələbələrlə söhbət edərək, problemlərini dinləyib. 

Yataqxananın zalında baş tutan görüş zamanı rektorun ad gününün olduğu bildirilib. 

“Axşamüstü 7-8 olardı. Dedilər, rektor otaqlara baxır, şəraitlə tanış olur. Koridora çıxdıq. Ayaqüstü söhbətdən sonra zala yığışdıq. Suallar üçün tam şərait yaratdı, problemlərimizi dinlədi. Gəmirici, ağcaqanad, istilik, internet xətti, pəncərə toru, ödəniş - ürəyimizi boşaltdıq.

Qeydlər apardı. Axır ki, yolu yataqxana otaqlarından düşən, problemimizlə yerindəcə maraqlanan rektorumuz da oldu. Rektor özü ilə şirniyyat gətirmişdi. Sonra öyrəndik ki, ad günü imiş. Rektorun ad gününü bizimlə keçirməsi ikiqat sevinc oldu. Təbrik edirik sizi, Elçin müəllim. Problemlərimizin həllinə kömək göstərəcəyinizə inanırıq”, - paylaşımda qeyd edilib. 

Bakucity.az

BDU Elçin Babayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
BNA pandemiya zamanı görülən işlərlə bağlı əhaliyə müraciət edib. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Bakı Nəqliyyat Agentliyindən (BNA) BakuCity.az-a bildirilib ki, pandemiya zamanı hökumətin diqqətdə saxladığı əsas məsələlərdən biri də Bakı şəhərində əhalinin,...
Kriminal
Paytaxtın Suraxanı rayonunda qardaş qardaşı öldürüb. Avqustun 8-də Suraxanı rayonu ərazisində Səfa Eynullayevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub. BakuCity.az xəbər verir ki, Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Ci...
Hadisələr
Bakıda polisə soyuq silahla xəsarət yetirilib. BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb. Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəx...
Siyasət
"Azərbaycan Ordusu daha güclüdür və yaxşı təchiz olunub, amma..." Rusiya Hərb Elmləri Akademiyasının rəyasət heyətinin üzvü, hərb elmləri doktoru, bir sıra müharibələrin veteranı, general-leytenant Sergey Çvarkova görə, Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək mümkün deyil. Amma Rusiyanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü siyasətin sayəsində az qala 30 ildir ki, münaqişə nəzarət altındadır və onun ifrat kəskinləşməsinə imkan verilmir. “Dağlıq Qarab...
Kriminal
Ermənilər Gürcüstanda iğtişaşlar törədib, 5 bina yandırılıb. Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib. BakuCity.az xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub. Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar. Yandırılan binaların sahibinin gənc...
Ekologiya
Bakıda 9 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Ab...
Cəmiyyət
"17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bəpa olunması müzakirə olunur. Bundan bir həftə sonra isə rayonlara gediş-gəlişin bərpa edilməsi istiqamətində fikir mübadiləsi aparılır". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövs...
Cəmiyyət
"Bir çox ölkələrin strategiyasında məhz nəqliyyatın məhdudlaşdırılmasından istifadə olunur ki, yoluxma artmasın. Biz də buna məcburuq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövsümov bildirib ki, metroda virusun yayılması ehtimalı daha yüksək olduğuna gör...
Cəmiyyət
“İyul ayında ölkədə koronavirusa yoluxanların sayında müəyyən artım müşahidə edildi. Bu, iyulun 14-də kütləvi şəkildə küçələrdə maskasız, məsafəsiz yürüş etməklə əlaqələndirilə bilər”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. Şahmar Mövsümovun sözlərinə görə, Bakı küçələrində çəkilmiş şəkillərdən də sıxlıq a...