Bakıda məşhur liseydə dava olub, xəsarət alan var

Bakıda məşhur liseydə dava olub, xəsarət alan var, Javid

"İdrak Liseyi"nin  IX sinif şagirdi döyülüb

Bakucity.az xəbər verir ki, hadisə təhsil müəssisəsinin dəhlizində qeydə alınıb. Orada təhsil alan IX sinif şagirdi, 2004-cü il təvəllüdlü Qasımov Qalib Rüfət oğlu ilə X sinif şagirdi Nihatın arasında şəxsi münasibətlər zəminində dava düşüb. Nəticədə müxtəlif xəsarətlər alan Q.Qasımov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Liseydən ONA-ya təhsil müəssisəsində kütləvi davanın baş vermədiyi, sadəcə şagirdlər arasında kiçik anlaşılmazlıq yaşandığı bildirilib.

Faktla bağlı araşdırma aparılır. 

Bakucity.az

"İdrak Liseyi"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər