Prezident Bakıda yaşayış kompleksinin açılışında iştirak etdi - FOTO

Prezident Bakıda yaşayış kompleksinin açılışında iştirak etdi - FOTO, Javid

Məcburi köçkün ailələri üçün tikilən yaşayış kompleksinin açılışı olub

Bakucity.az xəbər verir ki, aprelin 5-də Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış kompleksinin açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, Bakı şəhərinin ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 810 məcburi köçkün ailəsi üçün Prezidentin 2011-ci ildə imzaladığı sərəncama əsasən çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi nəzərdə tutulub. Məhəllənin salınması üçün 15 hektar torpaq sahəsi ayrılıb. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi təşkilat funksiyaları Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilib. 2018-ci ilin mart ayında başlanan tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sistemlərinin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.

Qeyd olunub ki, bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Bakucity.az

İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb. Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmaqda davam edir. BakuCity.az bu barədə "Report"a xəbər verir. Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır. Ermənilər səhər saat 07:30-dan indiyədək Tərtərin kəndlərinə ümumilikdə 30-a yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan yoxdur. BakuCity.az
Cəmiyyət
Azərbaycan ordusu yeni ərazilərimizi işğaldan azad edib. Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! BakuCity.az xəbər verir ki, bunu özünün rəsmi tvitter hesabında Prezident İlham Əliyev yazıb. BakuCity.az
Cəmiyyət
"Qırmızı xətt keçilərsə, atamızın oğlu da olsa, gözümüz görməz". "Sonuncu dəfə cənab Putinlə görüşdük. İndi gəlin bu işə son qoyaq. İstəsəniz, bu problemi birlikdə həll edə bilərik. Siz Paşinyanla görüşün, mən də qardaşım İlhamla görüşüm. Gəlin bu işi xoş bir yolla həll edək. Nümayəndə heyətləri görüşsün. Ancaq gəlin bir şeyə qərar verək. Bu işi həll edə biləcəyik, yoxsa həll edə bilməyəcəyik?" BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcə...
Cəmiyyət
Ölən və yaralananların sayı açıqlanıb. Bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda...
Cəmiyyət
“Ermənistan növbəti dəfə Bərdəyə qarşı “Smerç” raketlərindən istifadə edib”. Bakucity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb: “Dinc sakinlər arasında qurbanların olduğu deyilir”. (report) BakuCity.az
Cəmiyyət
Düşmən Bərdəni yenidən raket atəşinə tutub. Ermənistan silahlı qüvvələrinin Bərdəni yenidən raket atəşinə tutması nəticəsində ölənlər var. BakuCity.az xəbər verir ki, azı 5 mülki şəxs ölüb.  13:39 Ermənistan silahlı qüvvələri Bərdəni yenidən raket atəşinə tutub. BakuCity.az bu barədə "Report"a istinadən xəbər verir.  Raketlərdən birinin düşdüyü yerdən tüstü qalxdığı görünür. BakuCity.az
Cəmiyyət
Milli Məclisin deputatı Tahir Kərimlinin oğlu könüllü olaraq cəbhəyə yollanıb. BakuCity.az xəbər verir ki, bu barədə jurnalistlərə Vəhdət Partiyasının nümayəndəsi Vasif Əfəndi bildirib. Onun sözlərinə görə, deputatın oğlu Qarabağa bu gün yola düşüb. BakuCity.az
Cəmiyyət
Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Döyüşlərə cəlb etmək məqsədilə 2 000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq, cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər BakuCit...
Cəmiyyət
Ermənistan parlamentindəki hökumət saatı ləğv olunub. BakuCity.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın liderlik etdiyi "Mənim addımım" fraksiyasının rəhbəri Lilit Makunts bildirib. Qeyd olunub ki, son zamanlarda baş nazir və nazirlər "çox böyük bir iş yükünə" sahibdirlər. Buna görə "Mənim addımım" fraksiyasından olan deputatların da əksəriyyəti parlament zalına gəlməyəcək. (publika.az) BakuCity.az