Sürücülərin nəzərinə: Bakının bu küçəsində təmir işləri gedir

Sürücülərin nəzərinə: Bakının bu küçəsində təmir işləri gedir, Javid

8 ədəd yeni işıq dirəyi quraşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Bakucity.az-a verilən məlumata görə, təmir işləri Süleyman Dadaşov küçəsinin Ayna Sultanova və Seyfəddin Dağlı küçələri arasında yerləşən 220 metrlik hissədə həyata keçirilir. Bildirilir ki, təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinə aid 10 ədəd baxış qapağı yenisi ilə əvəz olunacaq, bundan başqa küçədə sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqsədi ilə 8 ədəd yeni işıq dirəyi quraşdırılacaq.

Daha sonra texnoloji ardıcıllığa uyun olaraq küçənin 3500 kv.m sahəsinə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Agentliyin məlumatına əsasən, işlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb.

Bakucity.az

Avtomobil Yolları Dövlət Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər